25 noyabr 2022-ci ildə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin VI Məclisinin iclası keçirilib. Bu barədə məlumat adıçəkilən komitədən daxil olub.
Məlumatda bildirilir ki, məclisin işində Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının IV Qurultayından (2017) keçən dövr ərzində görülmüş işlər və həmkarlar ittifaqı təşkilatının üzərinə düşən vəzifələr mövzusunda komitənin sədri Məhərrəm Xəlilov məruzə ilə çıxış edib. Məruzə ətrafında Şəki rayon komitəsinin sədri S. Əliyeva, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədr müavini A. Nağıyev, Cəlilabad rayonu Alar bələdiyyəsinin sədr B. Mustafayev çıxış ediblər.
İclasın yekununda həmkarlar təşkilatının işində səmərəli fəaliyyətlərinə görə həmkarlar təşkilatının fəal üzvlərindən olan Badamdar bələdiyyəsindən İradə Kərimova, M.Ə.Rəsulzadə bələdiyyəsindən Validə Xıdırova, Səbail bələdiyyəsində Günel Ələkbərli, Əhmədli bələdiyyəsindən Allahverdi Həsənli, Nəsimi bələdiyyəsindən Arzu Məmmədov “Fəxri Fərman”la təltif ediliblər.
Məclsinin işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev iştirak edib.
Belediyye.info
|
|
|
|
|