"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masazır qəsəbəsində Əliağa Vahid anılıb

--2020-02-17 / 16:17

Abşeron rayonu Masazır bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev, Masazır kənd İcra Nümayəndəsi Şahlar Həsənov, bələdiyyənin müavin və kollektiv heyyətilə yanaşı Əliağa Vahid adına 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Masazır kəndində yerləşən Əliağa Vahid parkında dahi şairimiz, görkəmli yazıçımız Əliağa Vahidin 125-ci anım günü tədbirində iştirak ediblər. Bu barədə məlumatı Masazır bələdiyyəsi yayıb.

Tədbirdə bələdiyyə sədri Rüfət Fətullayev şairin abidəsi önünə əkili qoyduqdan sonra onun həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir.

Belediyye.info

ŞƏRHLƏR