"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masazır bələdiyyəsində icra aparatının iclası keçirilib

--2020-02-03 / 15:27

03 fevral 2020-ci il tarixdə Abşeron rayon Masazır bələdiyyəsinin inzibati binasında bələdiyyənin sədri Rüfət Fətullayevin rəhbərliyi ilə bələdiyyənin icra aparatının iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumatı bələdiyyədən daxil olub.

İclasda bələdiyyənin yeni təyin olunmuş icra aparatı təqdim edilib. Daha sonra daxili nizam intizam qaydalarına ciddi şəkildə riayət olunması, qəsəbə sakinlərinin bələdiyyə vergilərinin ödənməsinə cəlb edilməsi barədə maarifləndirmə işlərinin aparılması və eyni zamanda qəsəbə ərazisində görüləcək abadlıq işləri ilə bağlı aidiyyatı üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

Belediyye.info

ŞƏRHLƏR