"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masazır bələdiyyəsi "Evdə qal, həyatları xilas et!" çağırışına qoşulub

--2020-03-31 / 07:16

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Masazır bələdiyyəsi və SARO çayları yaxından iştirak etməklə dəstək verib.

Masazır bələdiyyəsinin təşkilatçılığı və SARO çaylarının dəstəyilə qəsəbə ərazisində 65 yaşdan yuxarı sakinləri evində ziyarət edərək, hər bir sakinə ərzaq bağlamaları təqdim etmişlər.

Görüş zamanı onların hər birinə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları evdən çıxmamaları xahiş edilmişdir.

#evdəqal #Masazırbələdiyyəsi

Abşeron rayonu Masazır bələdiyyəsi 

 

ŞƏRHLƏR