"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masallı bələdiyyələrinin büdcə gəlirləri 25 faiz azalıb

--2019-08-20 / 20:01

Masallı rayonunda formalaşan 36 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 341400 manat olub. Bu da 2017-ci illə müqayisədə 25 faiz azalma deməkdir.

Əldə edilən vəsaitin isə 31.5 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Masallı bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 17300 manat olub ki, bu da ötən ilki rəqəmin cəmi 50 faiz deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Masallı rayonunda formalaşan 36 bələdiyyə 46300 manatlıq əmlak vergisi, 29500 manatlıq torpaq vergisi, 400 manatlıq dayanacaq rüsumu, 800 mantalıq mehmanxana rüsumu toplaya biliblər.

İl ərzində, manatlıq mədən vergisi, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 88300 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Masallı bələdiyyələri əldə etdikləri qazancın 55.8 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR