“Bizim müsahib” rubrikasında növbəti yazını oxucuların müzakirəsinə təqdim edirəm. Bu dəfə suallarımızı Xaçmaz rayonu Nabran bələdiyyəsinin gənc və perspektivli sədri Mahir Tariverdiyev cavablandırır.
Bələdiyyə sədrinə ünvanladığımız suallara tez bir zaman kəsiyində özüdə ətraflı şəkildə cavab verməsi, gənc bələdiyyə sədrinin həm də bu sisteminin inkişafına maraqlı olmasıyla bağlıdır.
***********************************************
- Rəhbərlik etdiyiniz bələdiyyənin qarşılaşdığı problemlərin həllini necə görürsünüz?
-Müasir dövrdə dövlətin və cəmiyyətin maraqlarının qarşılıqlı şəkildə təmin edilməsində yerli özünüidarəetmələrin rolu əvəzedilməzdir. Bələdiyyələr ərazi daxilində yaşayan insanların ehtiyaclarının ödənilməsi, xalqın rifahının yaxşılaşdırılması və bununla yanaşı, ərazi daxilində digər məsələlərin həllini icra edirlər. Əhaliyə müxtəlif xidmətlərin göstərilməsi üçün dövlət yerlərdə özünüidarəetmə orqanlarının formalaşmasının və fəaliyyətini zəruri hesab edir. XX əsrin sonu–XXI əsrin başlanğıcında ölkədə bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən strategiyalar uğurla sonlandırılırdı. Bu strategiyaların həyata keçirilməsində əsas məqsəd bələdiyyələrin inkişafı ilə yanaşı,əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Bələdiyyə fəaliyyəti,yalnız vətəndaş müstəqilliyinin və əhalinin həm də hakimiyyətin spesifik səviyyəsinin ictimai fəallıq sahəsi deyil, bələdiyyə əhalisi ilə müəyyən edilən təsisatdır. Əlbətdə ki, müasir inkişaf etmiş dövrdə nə qədər rəqəmsallığ, maliyə hesabatı, inteqrasiya inkişaf etsə də burada yaranacaq problemlər də qaçılmazdır. Günümüzün ən aktual bələdiyyə problemləri bələdiyyə səlahiyyətlərinin kifayət qədər olmaması, bələdiyyədə elektron xəritələrin məhdudluğu, bələdiyyə-icra hakimiyyəti münasibətləri, vergi bazasının genişləndirilməsi sahəsində prespektivlərin az olması, torpaqların sənədləşdirilməsi prosesinin uzun çox uzun zaman çəkməsi və s. Təsəvvür edin bir torpağın alqı-satqı prosesinin baş tutması təqribən 6 aya qədər davam edə bilər. Bəzən bu müddətdə alıcının fikrindən dönməsi və yaxud da hər hansısasa bir sənədin yalnış olması bu prosesi 1 ilə qədər uzana bilər. Əlbətdə ki, buda bələdiyyə büdcəsinin əmsalının aşağı düşməsinə gətirib çıxarır. Hər nəqədər Nabran bələdiyyəsinin gəlirlərinin əsasını vergilər təşkil etsə də, torpaq satışı faktoru bələdiyyə büdcəsi üçün çox vacibdir. Bildiyiniz kimi, Nabran kurort zonasıdır və burada fəaliyyət göstərən otellər, Restoranlar istirahət ocaqları hər gələn turistə görə bələdiyyə büdcəsinə 1-1,1 manat arası yatırım etməlidir. Bu da Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunub. Sahibkarlar bəzən bu vergini ödəməkdən boyun qaçırırlar. Əlbətdə ki, hüquqi cəhətdən bu məsələnin çözümü mümkündür ki, bu prosesin həll olunması üçün də Ədliyyə Nazirliyinin İcra-probasiya şöbəsinə müraciət olunur. Müraciətə baxılması, sahibkarın axtarıb tapılması çox vaxt aparan məsələlərdir. Burada da bələdiyyə səlahiyyətlərinin az olmasını qeyd etmək istərdim ki, sahibkarlar bundan istifadə edərək yay mövsümünün bitməsiynən yerlərini tərk edirlər. Bu məsələnin çözümü və burada bələdiyyənin cərimə yazmaq səlahiyyətinin olmaması fikrimcə qeyd etdiyimiz sahibkarlara fürsəti artırır.
Bələdiyyə mənfəət vergisi də Azərbaycan Respublikasının Vergilər Məcəlləsində öz qeyd edilib. Yəni ki, bələdiyyə ərazisində fəaliyyət göstərən şirkətlər, MMC-qruplar bələdiyyəyə öz gəlirlərinin bir hissəsini bələdiyyə mənfəət vergisi kimi bələdiyyənin hesabına yatırım etməlidirlər. Bu hallar da çoxsu vaxt şirkətlərin gəlir əldə etməməsi, DSMF borclarının olması və s. bəhanə edərək məsuliyyətdən qaçması ilə nəticələnir. Fikrimcə, bu da bələdiyyə idarəetməsində qabardılacaq problemlərdəndir.
- Bələdiyyədə vergi-uçot sistemi necə qurulub, sistemdə vergi ödəyiciləri tam əhatə olunubmu?
- Bələdiyyə vergi uçot sistemi BAMS sistemi (Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi) ilə icra olunur. Bu sistem bələdiyyə idarəetməsində 2016-cı ildən formalaşmağa başlamışdır. Nabran bələdiyyəsində bu sistem əsasən 2019-cu ilin sonuncu “bələdiyyə seçkiləri”dən sonra, bələdiyyə sədri dəyişikliyindən sonra formalaşmağa başladı. Təsadüfü deyil ki, 2019-cu ilin dekabr ayından bu günə qədər Nabran bələdiyyəsinin əhatə etdiyi ərazidə yerli vergi ödəyicilərinin 75-80 %-I bu proqramda qeydiyyata alınmışdır.
Bu proqram bələdiyyələrə çox asanlıqla vergi ödəyicisinin qeydiyyata alınması və yaxud qeydiyyatdan silinməsi, vergi ödəyicisinin şəxsi məlumatlarının öyrənilməsi, bələdiyyənin günlük, aylıq hətda illik belə gəlirlərinin öyrənilməsi ( vergi ödəyicisinin hansı vergini nə vaxt ödüyüb , saat neçədə ödüyüb dəqiq məlumat qeyd edilir), bələdiyyə xərclərinin avtomatlaşdırılmış qaydada qeydiyyatı və s. kimi geniş imkanlar yaradır. Qısa söznən, bu gün vergi ödəyicisi bələdiyyəyə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi və aidiyyatı üzrə sənədləri(torpaq əmlak sənədləri, çıxarışlar və s. ) təqdim etməklə ona veriləcək tədiyyə bildirişi və ya 12 rəqəmlik YVÖK kodu ilə Azərpoçt MMC-də, ödəmə terminallarında və yaxud da kart hesabından ödəyə bilərlər.
- Qəbul edilən qanunlara hansı əlavələrin edilməsini təklif edərdiniz?
-Mərkəzləşdirilməmiş idarəetmə dövlət hakimiyyətinin və cəmiyyətin demokratikləşməsi üçün zəruri şərtdir. Amma təəssüflə qeyd etmək lazımdır ki, prinsiplər yerli əhəmiyyətli məsələlərin həlli üçün Avropa təcrübəsi əsasında inkişaf etdirilən idarəetmənin qeyri-mərkəzləşdirilməsi, subsidiarlıq, vətəndaşların özünütəşkilatı Azərbaycan qanunvericiliyində hələ də tam və adekvat şəkildə əksini tapmayıb. Azərbaycanda dövlət orqanları ilə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı əlaqəsi məsələlərinin aydınlaşdırılması və onların qarşılıqlı fəaliyyətinin hüquqi əsaslarının təhlili kimi vəzifələr qoyulub. Bu məqsədlə, inkişaf və fəaliyyət nümunələri Azərbaycanda yerli özünüidarəetmə strukturları və onların dövlət tərəfindən dəstəklənməsi məsələləri və dövlət və bələdiyyə institutları arasında münasibətləri yaxşılaşdırmaq üçün qayda-qanunvericilik təhlil edilərək bir sıra fərziyyələr də irəli sürülür.
Azərbaycanın dövlətçilik və hüquq tarixində mühüm yer tutan konstitusiya və bələdiyyə islahatları 1990-cı illərin ortalarından həyata keçirilməyə başlandı. keçən əsrin yerli idarəetmə və özünüidarəetmə modelləri praktiki olaraq kontinental (fransız) və qismən ingilis (anglo-sakson) modellərinin birləşməsinə əsaslanırdı. Yerli özünüidarə təşkilatının bu qarışıq sistemi ilə yerli özünüidarə geniş mənada həm seçkili hakimiyyət orqanları olan bələdiyyələr, həm də yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri vasitəsilə həyata keçirilir. Bu da öz növbəsində müasir mərhələdə Azərbaycan Respublikasında yerli özünüidarənin spesifik xüsusiyyətlərini öyrənərkən və onun dövlət hakimiyyəti ilə, xüsusən də bu hakimiyyətin yerli nümayəndələri ilə münasibətlərini öyrənərkən müqayisəli hüquqi yanaşmanın tətbiqini tələb edir.
1999-cu ildə qəbul olunan “Bələdiyyənin status haqqında” qanunu bələdiyyə hüququnun bütün incəliklərini bu qanunda tapmaq olar. Hal-hazırda komplekt şəkildə hüquqi fikir bildirmək , hər hansısa qanunu oradan götürüb yerinə başqa qanun əlavə etmək, kimi fikirlər söyləmək, çox çətindir. Lakin, iş təcrübəsi, bələdiyyədə gedən proseslərin dövrüyəsi bəzən hüquqi cəhətdən çətinliklər yəni çıxılmaz vəziyyətlər yaradır. Fikrimcə, az öncə qeyd etdiyim kimi, bələdiyyə səlahiyyətlərinin artırılması, xarici təcrübə, əsas kompanentlərdir. Adi qardaş Türkiyədə bələdiyyə səlahiyyətləri bizdən qat-qat üstündür. Bu da həm bələdiyyənin nüfuzunun qorunub saxlanılmasına həm də bələdiyyə problemlərinin kompakt formasında həllinə öz tövhiyəsin verəcəkdir.
- Sizə müraciət edən vətəndaşın daha çox hansı probleminin həllinə nail ola bilirsiniz?
- Əlbətdə, ünvanlanmış şikayət ərizələri müxtəlif mövzularda olur. Məsələn, qonşunun şikayətçinin torpağ sahəsinin zəbti, vaxtıykən bələdiyyədən əldə etdiyi alqı-satqı aktı əsasında nəyə görə yeni sənəd (torpağ sahəsinin çıxarışı) ala bilməməsi, torpağ sahəsinin təyinatı üzrə düzgün istifadə etməməsi , vətəndaşa aid olan torpağ sahəsində ev və yaşayış üçün mane olacaq ağacların onlara aid olmasını təsdiq edilməsi barədə, bələdiyyə ərazilərinə (yollar, küçələr və s.) zibillərin atılması və s.
Nabran kəndi bildiyimiz kimi turizm ərazisidir və bura hər ildə minlərlə turist axın edir. Yerli sakinlərlə yanaşı turistlər də bələdiyyəyə ərizələr il müraciət edir və onları marağlandıran sualları soruşur. Bundan başqa Nabran inzibati ərazisi (Nabran, Tel, Samurçay, Turist, Şimali, Günəşli, Dalğalı və Meşəli kəndləri) Samur-Yalama Milli parkı, Məşə Təsərüfatı ilə də sərhədd zonada yerləşir. Bəzən vətəndaşlar hüquqi cəhətdən düzgün yanaşmayaraq hər hansısa bir təsərüfata aid olan müraciətlərlə də Nabran bələdiyyəsinə yaxınlaşırlar. Burada da Nabran bələdiyyəsi hüquqi vəziyyəti başa salaraq vətəndaşın aid olduğu səmtə istiqamətləndirir.
- Bələdiyyənizin əgər DSMF-yə və digər orqanlara olan borcu varsa, onun silinməsi üçün hansı addımların atılmasına qərar vermisiniz?
-DSMF bələdiyyədə fəaliyyət göstərən işçilərin əmək haqqından müəyyən faizlərlə tutulur. DSMF borclarının olmaması bələdiyyə büdcəsi üçün çox vacib amildir. 2020-ci ilə qədər DSMF-ə müəyyən borclar olsa da, 2020-ci ildə bələdiyyənin idarə heyyətinin dəyişməsindən sonra, düzgün qurulmuş iş prinsipi əsasında, hal-hazırda Nabran bələdiyyəsinin DSMF-ə borcu yoxdur. Fikrimcə bələdiyyə büdcəsinin balanslaşdırılması, bələdiyyənin layihə və tədbirlərin planlaşdırılmasının düzgün istiqaməti, bələdiyyə vergi və ödənişlərinin stabilləşdirilməsi bələdiyyələri DSMF borclarından azad edə bilər.
- Sizin rayonda icra-bələdiyyə münasibətləri hansı formada tənzimlənir?
- Azərbaycanda bir çox rayonlarda bələdiyyə-icra münasibətləri heç də yaxşı deyildir. Amma Xaçmaz rayonunda İcra hakimiyyəti, başda Elnur Rzayev olmaqla bütün bələdiyyələrin düzgün inkişaf etməsinə, hüquqi məsələlərdə və problem yaradacaq məsələlərdə həmişə bələdiyyələrə köməklik göstərib. Nabran bələdiyyəsi də Xaçmaz Rayon İcra Hakimiyyəti, o cümlədən Nabran kənd İƏD üzrə İcra nümayəndəliyi ilə münasibətləri çox yaxşı olan bələdiyyələr sırasındadır. Məqsədimiz İcra hakimiyyəti ilə birgə vətəndaşların problemlərini tez və daha dəqiq həll etməkdir.
Belediyye.info