"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Kərimov: “Prezdentin bu tələbindən yeni seçilmiş bələdiyyə sədrləri də nəticə çıxarmalıdır”

--2020-02-06 / 11:58

Xəbər verildiyi kimi, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ciddi məqamlara toxunub ki, onlardan biri də işçilərin ixtisarı və əmək müqavilələrinin bağlanması ilə bağlı idi. Çıxışında ölkə başçısı İlham Əliyev qeyd etmişdir:

“Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz.”

Ökə başçısnın bu çıxışına yüksək qiymət  verən Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov Belediyye.infoya açıqlamasında bildirib ki, Prezident bununla işəgötürənlərə ciddi siqnal verib.

M.Kərimov bildirib ki, bələdiyyə seçkilırindən sonra formalaşan yeni tərkib bələdiyyələrdə işə başlayan bəzi bələdiyyə sədrləri (işəgötürənlər) kütləvi şəkildə işçilərdən işdən azadolunma ilə bağlı ərizələr tələb etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Komitəyə 10-a yaxın bələdiyyədən daxil olan məlumatlara əsasən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı üzv təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasıyla bağlı AHİK-in İcraiyyə Komitəsinin 23b.8-ə saylı 23 may 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş əmək qanunvericiliyinə riayət olunması üzrə həmkarlar ittifaqı tərəfindən ictimai nəzarətin təşkili və həyata keçirilməsi haqqında “Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı 25 yanvar tarixindən etibarən üzv təşkilatlarda monitorinqlərə başlayıb. İlk olaraq Binəqədi rayonu Xocasən bələdiyyəsində monitorinq keçirilib. Komitə bundan sonra da daxil olan müraciətlər əsasında bələdiyyələrdə belə monitorinqlər davam etdirəcəkdir.

Qeyd edilənləri nəzərə alaraq bələdiyyə sədrlərinə əsas tövsiyəmiz odur ki, kütləvi şəkildə işdən azadedilmə ilə bağlı işçilərdən ərizə tələb edilməsi yolverilməzdir. Üstəlik bəzi hallarda ştat cədvəlinə yenidən baxılmaqla səbəbsiz yerə ixtisar edilməsi, əmək haqqlarının bu və digər formada müxtəlif şəkildə azaldıması məqbul sayılmır. Nəzərə alsaq ki, minimum əməkhaqqının səviyyəsi Cənab Prezidentın sərəncamıyla ilbəil artırıldığı halda bəzi bələdiyyələrdə azaldıması hallarına rast gəlinməsi də düzgün qiymətləndirilmir. Ştat cədvəlinə yenidən baxmaqla bəzi işçilərin əməkhaqqları azaldılır, sədrə yaxın münasibəti olan yeni kadrların əməkhaqqlarının artırılması ümumiyyətlə məntiqə uyğun deyildir.

Cənab Prezidentin bu çıxışından yeni seçilmiş bələdiyyə sədrləri də özlərinə bir nəticə çıxaracaqlar.

Sonda hüquq müfəttişi bildirib ki, işəgötürənlərin-bələdiyyə sədrlərinin hər bir atdığı addım qanuna söykənməlidir.

Belediyye.info

ŞƏRHLƏR