"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Kərimov : “Nazirlik əməkdaşları tərtib etdikləri protokola məsuliyyətlə yanaşmalıdır”

--2020-05-20 / 12:28

Ekologiya və Təbii Sətvətlər Nazirliyinin əməkdaşlarının Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyevaya tətbiq etdiyi 1000 manat cəriməyə   ölkə bələdiyyələrinin sosial tərəfdaşı olan Azərbaycan Respublikası Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı da  biganə qalmayıb.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Komitənin hüquq müfəttişi Məhəmməd Kərimov bildirib ki,  Ekologiya və Təbii Sətvətlər Nazirliyi və Nazirliyin Regional idarəsinin səlahiyyətli şəxsləri ilə dərhal əlaqə saxlanılmış, məlum faktlar onların nəzərinə çatdırılmışdır.

Qarşı tərəf yenidən araşdırma aparılacağını və verilən faktlar təsdiqıni taparsa tərtib olunan Protokolun ləğv olunması ilə bağlı qərar veriləcəyi bildirilib.

Komitə rəsmisi bildirb ki, həmkarlar təşkilatı olaraq üzv təşkialtlarda baş verən hər bir hadisə tərəfimizdən diqqətlə izlənilir. İndiki həssas məqamda gərək nazirlik əməkdaşları da tərtib etdikləri protokola məsuliyyətlə yanaşmalıdır.

Belediyye.info

ŞƏRHLƏR