"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Əliyev: “Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur”

--2022-09-23 / 15:45

Xəzər rayonu Buzovna bələdiyyəsi Vətən müharibəsi əlilləri, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsiylə bağlı həyata keçirdiyi layihəyə bu gün yekun vurub.

Xəbər verdiyimiz kimi, bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 25 qazi və şəhid ailəsinin hər birinin ailəsi bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ziyarət edilməsi, onların müraciətlərinə operativ baxılması qərara alınmışdı.

Bu istqamətdə nəzərdə tutulan layihədə bələdiyyə sədri Mətləb Əliyev, sədr müavini Təbriz Ağayev, bələdiyyə üzvləri və qulluqçuları aktiv iştirak ediblər.  

Bələdiyə sədri və üzvləri hər bir şəhid və qazi ailəsinin üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Habelə hər bir ailəyə bələdiyyə iclasının qərarıyla  beş kiloqram həcmində təzə kəsilmiş mal əti pay şəklində təqdim edilib.

Görüşdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, mənfur erməni işğalı altında olan 20 faizlik ərazilərimiz igid oğullarımızın şücaəti sayəsində işğaldan azad edilib və ərazi bütövlüyümüz təmin olunub.

Görüşlərdə söhbət zamanı sədr Mətləb Əliyevin sözlərinə görə,  Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur.

Belediyye.info

ŞƏRHLƏR