2016-cı il iyun ayının 10-da 100 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun və 9 saylı Binəqədi II Seçki Dairəsindən Millət Vəkili seçilmiş Kamaləddin Qafarovun M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti görüşü keçirilib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.
Məlumatda qeyd olunur ki, görüşdə rayon rəhbəri və millət vəkili ilə yanaşı, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və M.Ə.Rəsulzadə bələdiyyəsinin təmsilçiləri iştirak edib.
İcra başçısı Xaləddin İsgəndərov görüşü açaraq ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini bildiriblər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Eyni zamanda millət vəkili Kamaləddin Qafarov da səsləndirilən bir sıra məsələlərə müvafiq izahatlar verərək, onların həllinə köməklik göstərəcəyini bildirib.
Belediyye.info
|
|
|
|