"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Ə.Rəsulzadə Bələdiyyəsi yeniyetmələr üçün master-class təşkil edib

--2016-07-14 / 15:06

M.Ə.Rəsulzadə Bələdiyyəsi qəsəbənin yeniyetmə və gəncləri üçün master-class təşkil etdi. "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən  “Yaradıcı əllər” adlı layihəyə  13 iyul 2016-cı il tarixdən start verilib. Layihənin açılış günündə  M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, bu layihə  bələdiyyənin  2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir. Məqsədimiz gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov bələdiyyə tərəfindən həyata keçirilən bu layihənin bələdiyyə-sakin, bələdiyyə-vətəndaş münasibətlərini daha da möhkəmləndirəcəyini vurğulayıb.

Bələdiyyənin yaydığı məıumata görə, sonra master-classı aparacaq peşəkar mütəxəssis, bu sahədə böyük təcrübəsi olan, bir sıra sərgilərin iştirakçısı, eləcə də M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Bəyim Məmmədovaya söz verilib. B.Məmmədova vurğulayıb ki, bələdiyyə tərəfindən qəsəbə gənclərinin inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir. Bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılmasına xidmət edəcəkdir.

Rəsmi hissədən sonra yeniyetmələrlə master-classa start verildi.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar lentlə, xırda muncuqlarla güllərin hazırlanmasını, eləcə də milçə ilə güllərin və papışın toxunmasını öyrənəcəklər. Master-class qəsəbə yeniyetmə və gənclərini əhatə etməklə bir ay müddətində davam edəcəkdir.

Növbəti təlim 15 iyul 2016-cı il tarixdə baş tutacaqdır.

Belediyye.info

ŞƏRHLƏR