"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Ə.Rəsulzadə bələdiyyəsi “Açıq qapı” günləri elan edib

--2018-10-18 / 16:24

Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirlərinin iştirakı ilə iclas keçirilib,

Bubarədə məlumatı M.Ə.Rəsulzadə bələdiyyəsi yayıb.

İclasda “Yerli Demokratiya Həftəsi”ndə nəzərdə tutulan tədbirlər Planının gedişi müzakirə edilib.

Qeyd edilib ki, bələdiyyədə Yerli Demokratiya Həftəsi ərzində (15-21 oktyabr 2018-ci il tarixlərində) “Açıq qapı” günləri elan olunub, “qaynar xətt” (012-412-28-74) açılıb.

İclasda bildirilib ki, bələdiyyə tərəfindən ərazidə oktyabr ayının 21-dək seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR