"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Ə. Rəsulzadə qəsəbə sakinlərinə hesabat verildi

--2017-01-19 / 17:24

Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi  2016-cı ildəki fəaliyyəti və  2017-ci ildə qarşıda duran vəzifələr barəsində hesabatı ictimaiyyətə təqdim edib.

Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi ilə birgə keçirilən hesabat konfransında giriş sözü Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açıb.

Tədbir icra başçısının təklifiylə  "20 Yanvar" Qanlı faciəsində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan həmvətənlilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başladı.   

Konfransda nümayəndəliyin rəhbəri Mübariz Məmmədovun və bələdiyyə sədri Hümbət Hüseynovun hesabat məruzələri konfrans  iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzə ətrafında  qəsəbə sakinləri və ziyalıları çıxış edərək, rəy və təkliflərinin bildirərək, bələdiyyənin və nümayəndəliyin  ötən ilki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Hesabat yığıncağında rayon icra hakimiyyətinin, QHT nümayəndələri, KİV-in təmsilçiləri, məhəllə komitələrinin fəalları iştirak ediblər.

Konfransın sonunda Binəqədi rayon İcra Hakimiyyəti başçısı X.İsgəndərov  hesabat ətrafında çıxış edərək konfrans iştirakçılarının suallarını cavablandırıb,  məruzələrə öz  təklif və tövsiyələrini verib.  

Sonra hər iki sturktur üzrə qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Belediyye.info 

ŞƏRHLƏR