"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatanda “Açıq qapı” günləri davam edir

--2018-10-18 / 17:19

Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində Qaradağ rayonu Lökbatan bələdiyyəsində “Açıq qapı” günləri davam edir.

Bu gün 10 nəfər qəsəbə sakini bələdiyyə sədri Namizəd İsmayılov tərəfindən qəbul edilib. Bu barədə məlumatı  Lökbatan bələdiyyəsi  yayıb.

Onların problemləri sədr tərəfindən dinlənilmiş və bələdiyyədən asılı olan məsələlərin həlli üçün müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.

Bələdiyyəyə aid olamayan məsələlərlə bağlı müvafiq orqanlara müraciətlər hazırlanaraq göndərilməsi qərara alınmışdır.

Belediyye.info

ŞƏRHLƏR