"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan qəsəbəsində ağacəkmə aksiyası keçirilib

--2019-01-29 / 05:06

Qaradağ RİH-in təşəbbüsü və Lökbatan bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə ağacəkmə aksiyası keçirilib.

Bu barədə məlumat Lökbatan bələdiyyəsindən daxil olub. 

Ağacəkmə aksiyasında qəsəbə bələdiyyəsinin üzvləri və qulluqçuları, o cümlədən könüllülər iştirak ediblər.

Lökbatan qəsəbəsi tərəfində qəsəbənin Ş.Xəlilov küçəsində yaşıllıq zolağı salınaraq 200 ədəd “Xan çinar” ağacı əkilmişdir.

Qəsəbə bələdiyyəsi ağacəkmə aksiysını bundan sonrada davam etdirməyi nəzərdə tutur.

Belediyye.info

ŞƏRHLƏR