"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsinin sabiq sədri dünyasını dəyişib

--2019-01-14 / 15:36

Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sabiq sədri Şəhriyar Babayev dünyasını dəyişib.

Bu barədə məlumat bələdiyyədən daxil olub. Qeyd edək ki, Şəhriyar Şahkərim Oğlu Babayev 1949-cu ildə Ağsu rayonunun Kalva kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Uzun illər təhsil sahəsində müxtəlif məsul vəzifələrdə çalışıb.

1999-cu ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2000-ci ildən isə bələdiyyə sədri vəzifəsinə seçilib.

2006-cı ilədək bələdiyyə sədri vəzifəsində, 2007-2014 illərdə isə sədr müavini vəzifəsində çalışıb.

Lökbatan bələdiyyəsinin formalaşmasında və inkişafında Şəhriyar Babayevin danılmaz fəaliyyəti olub.

ALLAH RƏHMƏT ELƏSİN!

ŞƏRHLƏR