"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsində “Ailə Akademiyası”adlı layihəsinin növbəti mərhələsi keçirilib

--2018-12-06 / 16:39

Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsnin, Qaradağ Rayon İcra Hakimiyyətinin və Lökbatan bələdiyyəsinin iştirakı ilə “Ailə Akademiyası”adlı layihəsinin növbəti mərhələsi keçirilib.

Tədbirin məqsədi qlobalaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümümbəşəri dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılmasıdır.

Tədbirdə gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, ailə münasibətlərinin formalaşması, ailə tərbiyyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənclərin (xüsusi ilə gənc qızların) hüquq və vəzifələri və digər məsələlər müzakirə olunub.

Belediyye.info

 

ŞƏRHLƏR