"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”nə start verib

--2018-10-16 / 07:20

“Qaradağ rayonu Lökbatan bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”nə start verib”-bu fikirləri Belediyye.infoya bələdiyyə sədri Namizəd İsmayılov bildirib.

Sədrin sözlərinə görə, ötən həftə bələdiyyə iclasında qəbul edilmiş proqrama uyğun həyata keçrilməyə başlanılıb.

İlk olaraq bələdiyyənin inzibati binasında 12 nəfər vətəndaş qəbul edilib.

Qəbulda olan vətəndaşların problemləri dinlənilmiş bələdiyyədə asılı olan məsələlərin həlli istiqmətində addımlar atılmış, digər məsələlər isə baxılması üçün müvafiq qurumlara ünvanlamışdır.

Belediyye.info

 

ŞƏRHLƏR