"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Litvalı qonaqlarla görüş keçirilib

--2019-10-17 / 14:01

Ədliyyə Nazirliyinin Akademiyasında Litvanın Druskinikay şəhərinin merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının yerli özünüidarəetmə təcrübəsi ilə tanışlıq proqramı çərçivəsində görüş keçirilib. Bu barədə məlumatı Azərabycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından daxil olub.

Görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Litvanın Druskinikay şəhərinin meri Riçardas Malinauskas və Bakı şəhər və qəsəbə bələdiyyə sədrləri iştirak ediblər.
Görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qonaqları salamlayaraq, ilk növbədə, Azərbaycanda yerli özünüidarəetmə sahəsində görülən işlərdən, qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan danışıblar.
Litvanın Druskinikay şəhərinin meri Riçardas Malinauskas Azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, Bakının və ölkəmizin digər regionlarının inkişafını, həyata keçirilən sosial-iqtisadi layihələri xüsusi qeyd edib.
Sonda mövcud əlaqələrin daha da güclənməsi, yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi istiqamətində qarşılıqlı müzakirələr aparılmışdır.

Belediyye.info

ŞƏRHLƏR