"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Leyla Şahdan Şuşa sevincləri...-BƏLƏDİYYƏ ÜZVÜ YAZIR

--2020-11-14 / 08:04

Əgər üstündə durduğumuz torpaq Şuşa torpağı olsaydı, mən tərəddüdsüz deyərdim ki o ,qaçıb torpağı öpəcəkdi.

Gün var bir ömürə, ömür var ki bir günə bərabərdir. Həyatımda ən sevindiyim gün olan 8 Noyabr Şuşanın azad olunması düşünürəm ki təkcə mənim üçün belə olmadı. Elə meydana təzəcə atılmışdım ki , Azərbaycan bayrağına bürünmüş bir şəxsə gözüm sataşdı. Bu adam o qədər sevinirdi ki, sevincdən gözlərinin içi gülürdü.Y oldan Şuşa sevinci ile keçən maşınlardakı şəxslərdən tutmuş meydanda Şuşa üçün rəqs edən Pakistanlıları belə gözdən qaçırmırdı.

Əgər üstündə durduğumuz torpaq Şuşa torpağı olsaydı, mən tərəddüdsüz deyərdim ki o qaçıb torpağı öpəcəkdi. Bəlkə də büründüyü üçrəngli bayraqdan bu qədər güc almışdı. Bəlkə Ali Baş Komandanın düşmənə göstərdiy dəmir yumruqdan, ya da Azərbaycan əsgərlərinin cəbhədə yazdığı zəfər tarixindən. Amma heç cür onun hisslərini öyrənmədən yanından keçə bilmədim.

Bağırov Tural İlyas oğlu ona tuşladığım qələbə qoxulu kameramı görən kimi çəkinmədən kamerama danışdı. Bildirdi ki, əslən Ağdamlıdır, lakin Bakıda doğulub böyüyüb. Hisslərimi sözlə ifadə edə bilmərəm. sözlər burada acizdir- söylədi. Arzum budur ki, bütün Qarabağımız azad olunsun və bütün qaçqınlar yurd-yuvalarına qayıtsın söyləyəndə bəlkə də o, xəbərsiz idi ki Azərbaycan Əsgərinin rəşadəti kimi güclü olan Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti və on milyonluq xalqı özündə birləşdirən o dəmir yumruğu düşməni Turalın doğma dədə baba yurdu olan Ağdamı geri qaytarmağa məcbur edəcək.

Xülasə o qədər sevincin içində Tural öz müdürü Elşən müəllimə də təşəkkür etməyi unutmadı.Səbəbini isə bu qələbə paradında iştirakı üçün işdən icazə verməsi ilə izah etdi.O gün adi günlərdən biri deyildi. O gün Qarabağın ürəyi olan Şuşanın azad edilməsi günü idi. Ona görə də, hamıya təşəkkür düşür.Meydana gəlib bayrağımızı dalğalandıranlara da, maşınları ilə zəfər yürüşləri edənlərə də, işçilərinə icazə verənlərə də və bütün bunların hamısını öz qələmi ilə yazana da.

Leyla Şah

Qaradağ rayonu Korgoz bələdiyyəsinin üzvü 

https://www.youtube.com/watch?v=PFVlD_TBJ8s&feature=youtu.be

ŞƏRHLƏR