"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran şəhərində “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda görüş keçirilib

--2022-11-20 / 11:54

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda keçirilən layihənin icrasıyla bağlı “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin 14-18 noyabr 2022-ci il tarixlərində növbəti görüşü Lənkəran şəhərində rayon bələdiyyələrinin iştirakıyla keçirilib. Lənkəran Mərkəzi Kitabxanasının Akt zalında baş tutan görüş Lənkəran RİH-in və Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə keçirilib. Görüşə həmçinin Astara və Lerik rayonundan olan bir sıra aktiv bələdiyyə sədrləri də dəvət edilmişdi.

Görüşü giriş sözüylə açan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda keçirilən layihənin icrası çərçivəsində ilk görüşlərin Tovuz və Gədəbəy bələdiyyələrinin iştirakıyla keçirildiyini bildirib. Dörd günlük səfər çərçivəsində Lənkəran RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəmil Məmmədzadə ilə, o cümlədən Lənkəran şəhər bələdiyyəsində, Xolmili-Şıxakəran və Siyavar bələdiyyəsində bələdiyyə qulluqçularının iştirakıyla mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Lənkəran şəhərində keçirilən görüşdə Lənkəran, Astara və Lerik rayonunda formalaşan bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları, Lənkəran RİH-in böyük məsəhətçisi Səbuhi Canıyev, Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi Aqil Salmanov və 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsul əməkdaşı Bəxtiyar Hüseynov iştirak ediblər.

Görüşdə sədr Vüqar Tofiqli (Cəfərov) təşkilatın yaranma tarixindən, bu günədək həyata keçirdiyi layihələrdən danışaraq, sonuncu layihə haqqında görüş iştirakçılarına geniş məlumat vermişdir. Sədrin sözlərinə görə, layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial medianın yaratdığı imkanlardan istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işlərini aparmaqdır. Ancaq bütün layihələrin icrası nəticə etibariylə maliyyə vəsaiti tələb edir.

Lənkəran bələdiyyələrinin büdcə gəlirlərinə toxunan sədr bildirib ki, 2021-ci ildə 34 Lənkəran bələdiyyəsi 361 min manat maliyyə vəsaiti əldə edə bilib ki, bunun da 73.600 torpaq vergisindən, 83.000 manatı əmlak vergisindən, 95.100 manatı isə torpaq satışından və icarəsindən əldə edilib. Ötən il 34 bələdiyyəyə 93.800 manat həcmində dotasiya ayrılıb.

Son iyirmi il ərzində Lənkəran bələdiyyələrin ən yüksək büdcə gəliri 2007-ci ildə olub ki, o dövrdə 65 bələdiyyə birlikdə 934.800 manat maliyyə vəsaiti əldə edə biliblər. Lakin son dord ildə bu rəqəm 350 min manata ətrafında olur. Ciddi və diqqətiçəkən, habelə əhalinn narahat edən məsələlərin həllinə yönəlik layhələrin icrası isə maliyyə vəsaiti tələb edir. Odur ki, bu gün bələdiyyələrin üzərinə ciddi məsuliyyət yükü düşür.

Sədrin sözlərinə görə, bu gün bələdiyyələr rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə təşkil edilən bütün ağacəkmə aksiyalarında, habelə müxtəlif səpgili iməciliklərin keçirilməsində aktiv iştirak etməklə yanaşı, özlərinin təşkilatçılığı ilə həyata keçirilən digər layihələrlə cəmiyyətdə sözlərini deyə biliblər. Məlum olduğu kimi,  bələdiyyələr tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları, o cümlədən ətraf mühitin təmizliyi ilə bağlı ərazilərin zərərli tullantılarından, habelə çirkab kanalizasiya sularından təmizlənməsiylə bağlı ciddi layihələr icra edilməkdədir.Ən narahatedici məqam ondadır ki, bir sıra bələdiyyələrin DSMF və digər qurumlara borcu olduğundan bank hesabı bağlıdır. Müşahidələr göstərir ki, bu gün Lənkəran bələdiyyələri bütün qüvvəsini səfərbər edərək borcu silməyə çalışırlar.

Görüdüyü kimi, ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun keyfiyyət və məzmun baxımından artırmaq üçün ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması və büdcə gəlirlərinin artırılmasına nail olmaq lazımdır. Bununla yanaşı Ekologiya və Təbii sərvətlər nazirliyi və Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaqla mövcud problemlərin həllinə vaxtında nail olmaq lazımdır.

Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Səbuhi Canıyev, Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi Aqil Salmanov, 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsul əməkdaşı Bəxtiyar Hüseynov geniş məzmunlu məruzələrlə çıxış ediblər.

Müzakirələrdə Lənkəran bələdiyyəsinin sədri Aygün Mirzəyeva, Xolmilli-Şixakəran bələdiyyəsinn sədri Tabir Məmmədov, Vilvan bələdiyyəsinin sədri Hafizə Quliyeva və başqaları çıxış edərək mövzu ətrafında öz fikri və mülahizələrini bildiriblər.

Görüş ciddi fikri fikir mübadiləsiylə başa çatıb. Tədbirin sonunda layihə çərivəsində hazırlanan videorolik tədbir iştirakçılarına təqdim edilmişdir.

Səfər çərçivəsində bələdiyyələrin fəaliyyətiylə daha yaxından tanış olmaq məqsədiylə Lənkəran, Xolmilli-Şıxakəran və Siyavar bələdiyyələrində bələdiyyə qulluqçularının iştirakıyla görüşlər keçirlimişdir.

Belediyye.info

ŞƏRHLƏR