"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran Regional Ədliyyə İdarəsində “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda tədbir keçirilib

--2023-03-15 / 09:26

Belediyye.info xəbər verir ki, Lənkəran Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid şəhər bələdiyyələrinin üzv və qulluqçularının iştirakı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda seminar müşavirə keçirilmişdir.

Seminar müşavirəni idarənin rəisi Taleh Quliyev açaraq qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir.

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi haqqındakı tarixi Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər Əliyev fəaliyyətinin ay­rı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.

Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai münasibətlərin xarakterinin dəyişməsi, hüquqi dövlət quruculuğu həуаtımızın bütün sahələrində olduğu kimi, hüquqi sahədə də demokratik islahatların həyata keçirilməsini zəruri etmişdir.

Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi, eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır.

Birbaşa demokratiyanın ən uğurlu modellerinden olan yerli özünüidarəetmə institutunun formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirilmişdir. Yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə ümummilli liderimizin Sərəncamı ilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilmişdir

Sonra çıxış edən rəis müavini Əvəz Bədəlov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyev və onun azərbaycançılıq məfkurəsinin yerli əhali, xüsusilə gənclər arasında təbliğ edilməsi məqsədilə müxtəlif ədəbi-mədəni tədbirlərin, o cümlədən Ulu öndərin əziz xatirəsinə həsr olunmuş idman və intellektual yarışların təşkili, həmçinin yerli özünüidarəetme sisteminin yaradılmasında Heydər Əliyevin müstəsna rolu ilə bağlı maarifləndirici buklet-broşürlerin hazırlanması və digər zəruri tədbirlərin keçirilməsi bələdiyyələrə tövsiyə etdi.

Belediyye.info 

ŞƏRHLƏR