"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran Regional Ədliyyə İdarəsi Masallıda seminar-müşavirə keçirmişdir

--2019-08-17 / 10:26

Lənkəran Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə avqust ayının 16-da Masallı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.

 Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional Ədliyyə İdarəsinin məsləhətçisi Aqil Salmanov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Qəbristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri”, “Yerli turizmin, eləcə də tibbi turizmin təşkilində bələdiyyələrin rolu” mövzusunda məruzə etmişdir.

 Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

 

 

ŞƏRHLƏR