"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Masallıda seminar keçirib

--2019-03-15 / 16:28

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə mart ayının 15-də Masallı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir. Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsi yayb.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR