"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran bələdiyyələrinin büdcə gəlirləri 35 faiz azalıb

--2019-08-16 / 09:34

Lənkəran rayonunda formalaşan 34 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 382.900 manat olub. Bu da 2017-ci illə müqayisədə 35 faiz azalma deməkdir. Belə ki, 2017 ci ildə Lənkəran bələdiyyələrinin qazancı 581 min manat aolmuşdu.

Əldə edilən vəsaitin isə 31.5 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Lənkəran bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 105.000 manat olub ki, bu da ötən ilki rəqəmin cəmi 35.7 fazi deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Lənkəran rayonunda formalaşan 34 bələdiyyə 61700 manatlıq əmlak vergisi, 88200 manatlıq torpaq vergisi, 6500 manatlıq mədən vergisi, 6.900 mantalıq mehmanxana rüsumu toplaya biliblər.

İl ərzində dayanacaq rüsumu, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 98.900 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Lənkəran bələdiyyələri əldə etdikləri qazancın 74.7 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR