"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur

--2019-02-01 / 11:03

Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə İnstitutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir. Bu gün bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial probremlərin həllində xeyli irəliləyişə nail olunmuşdur.

Bələdiyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.

Bələdiyyəmiz kollegial orqandır və yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.

Biləsuvar bələdiyyəsində ötən 2018-ci ildə 12 iclas keçirilmiş, 19 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 2018-ci il ərzində bələdiyyə iclasında müzakirə olunan 17-i sosial məsələ barədə, 2-si isə cari məsələlər olmuşdur.

2018-ci ildə Biləsuvar bələdiyyəsinə 175 müraciət daxil olmuşdur. Müraciətlərin 175-i də vətəndaşdan birbaşa daxil olmuşdur. Bundan əlavə 35 nəfər vətəndaş şifahi müraciətləri və əhali ilə keçirilən sıx görüşlər zamanı sakinlərin müraciətləri əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlər əsasən həll olunmuşdur.

Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılb cavab verilmişdir.

Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.

Torpaq islahatı zamanı bələdiyyəyə 290.84 hektar ehtiyat fondu torpağı ayrılmışdır ki, bunun 63.0 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bələdiyyənin ehtiyat fondundan 193.74 hektar torpaq sahəsi 26 nəfərə kənd təssərüfatı məhsulları istehsalı üçün icarəyə verilmişdir.

Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur.

Bələdiyyənin 2018-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 172.500 manat, xərclər isə 172.500 manat nəzərdə tutulmuşdur.

Dövlət büdcəsindən 6.000 manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2018-ci ildə yerli büdcəsi 172.500 manata qarşı 95.595 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 55.4 % yerinə yetirilmişdir, büdcənin xərcləri isə 95132 manat olmuşdur .

Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır.

- torpaq vergisi 17.010 manat         

- əmlak vergisi 49.061 manat

- Bələdiyyə əmlakının icarəyə verilməsindən 10.500 manat

-Bələdiyyə əmlakının özəlləşdirilməsi – 13.024

-Dotasiyadan daxil olma isə 6.000 manat olmuşdur.

Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir:

İmkansız ailələrə maddi yardım 460 manat

Yol təmiri –9.160 manat

Abadlıq və ekoloji tədbirlərə 5146 manat

İdman tədbirlərinə 1675 manat

Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və dəqiq miqdarı göstərilmişdir.

Məlumdur ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə 105.000 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2018-ci ildə yalnız 66.071 manat, yəni 62.9 % vəsait toplanmışdır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə şöbəsinə göndərilir.

Biləsuvar bələdiyyəsi olaraq bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon İcra Hakimiyyətinın tövsiyyəsi əsasında quracağıq.

İlqar Abasov

Biləsuvar bələdiyyəsinin sədri                            

 (Yazı Biləsuvar bələdiyyəsinin 2018-ci il hesabatı əsasında hazırlanıb)

 

 

ŞƏRHLƏR