"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Latviyalı qonaq Qaraçuxur bələdiyyəsində olub

--2018-10-16 / 16:28

Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan Latviyanın Yekabpils bələdiyyəsinin sədri Raivis Ragaynis bu gün Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində olub.

Görüşdə bələdiyyə sədri İxtiayr Nəcəfov əməkdaşlıq əlaqələrindən danışaraq dəfələrlə qarşılıqlı səfərlərin təşkil edildiyini qeyd edib. Sədrin sözlərinə görə, bələdiyyə daim beynəlxalq əlaqələrin inkişafına maraqlı olduqlarını və bu istiqamətdə daim Suraxanı RİH-in dəstəyini aldıqlarını qeyd edib.

Qonaga bələdiyyənin həyata keçirdiyi layihələrdən danışan İ.Nəcəfov qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişafına maraqlı olduqlarını bildirib.

Yekabpils bələdiyyəsinin sədri Raivis Ragaynis görüşdən məmnun qaldığını və Qaraçuxur bələdiyyəsinın fəaliyyətiylə yaxından tanış olduğunu və bu təcrübənin yayıla biləcək səviyyədə olduğunu bildirib.

Görüşdən sonra Latviyalı qonaq   bələdiyyənin inzibati binasıyla və bələdiyyə qulluqçularının fəaliyyətiylə tanış olub.

Görüşdə bələdiyyənin sədr müavini Əvəz Mirzəyevdə iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR