"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

KÜRDMAŞI BƏLƏDİYYƏSİNİN 2020-Cİ İL ÜÇÜN GÖRDÜYÜ İŞLƏRƏ DAİR hesabat

--2021-03-10 / 04:06

KÜRDMAŞI   BƏLƏDİYYƏSİNİN 2020-Cİ İL ÜÇÜN GÖRDÜYÜ İŞLƏRƏ DAİR

                                           hesabat                                                  

2020-ci il dünyada və Respublikamızda bir çox hadisələrlə yadda qalmışdır. Ölkədə baş verən quruculuq-abadlıq işləri ilə yanaşı yeni növ “Koronavirus” pandemiyasının yayılması ilə əlaqədar ölkən həyatında, iqtisadiyyatında dəyişikliklər baş vermişdir. Mart ayından başlayan karantin dövrü ilə əlaqədar olaraq bütün ölkədə olduğu kimi rayonumuzda və bələdiyyəmizdə də fəaliyyət tam fərqli şəkildə qurulub. Belə ki, virusun yayılmasının qarşısının alınması üçün Kürdmaşı bələdiyyəsi aprel ayından başlayaraq əhali arasında mütəmadi olaraq təbliğat və maarifləndirmə işləri aparıb. Eyni zamanda rayon ərazisində yoluxmanın qarşısının alınması üçün bələdiyyə hesabına tibbi maskalar tikilərək rayon və kənd əhalisinə pulsuz olaraq paylanılmışdır.Bundan əlavə karantin dövründə aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bələdiyyə öz daxili imkanları hesabına 50 ailəyə un və digər ərzaq yardımları etmişdir. Ümumiyyətlə,2020-ci ildə həm karantin,həm müharibə ilə əlaqədar çoxsaylı yardımlar edilmişdir.Hər bir vətəndaşa ayrı hesab açmaq mümkün olmadığı üçün bələdiyyə işçilərinin əmək haqqı ilə yardımlar edilmişdir.

   Ölkə Prezidentinin qanunsuz zəbtlərlə bağlı sərəncamından sonra bələdiyyə ərazisində olan zəbtlərin kütləvi sökülməsi prosesi başlamışdır. Belə ki,100 ha zəbt olunmuş örüş sahələri açılaraq kənd əhalisinin ümumi istifadəsinə verilmişdir.

Səfərbərlik elan olunandan sona Azərbaycan,Türkiyə və Pakistan bayraqları tikilərək təmənnasız olaraq əsgər ailələrinə, cəbhə bölgələrinə,şəhid ailələrinə göndərilmişdir.

Sentyabr ayından olkədə hərbi vəziyyətin yaranmsı ilə əlaqədəar Kürdmaşı İƏD üzrə nümayəndəliklə birgə kəndin nümayəndəlikdə və xaricdə yaşayan fəal gənclərindən ibarət könüllülər qrupu yaradılmış və müharibədə, cəbhədə həm həqiqi hərbi xidmətdə olan,həm də səfərbərliklə çağırılan bütün əsgərlərin ailələri diqqətdə saxlanılmışdır.Əsgər ailələrinin sosial probləmlərinin həll olunmasında köməklik göstərilmişdir.Qazilərə maddi və mənəvi dəstək göstərilmişdir.

10 min manat məbləğində ərzaq və digər geyim əşyaları alınaraq 3 dəfə cəbhə bölgəsinə yardım göndərilmişdir.Cəbhədən gələn hər bir əsgərimiz böyük təntənə ilə qarşılanmışdır.Şəhidlərin məzarları dəfələrlə ziyarət edilmişdir.

Hesabat dövrundə bələdiyyənin iş planına uyğun olaraq bələdiyyənin 13 iclası keçirilmiş müxtəlif məsələlər müzakirə edilmiş , qəbul olunmuş qərarlar icra olunmuşdur. Iclas protokollarının surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə şöbəsinə təqdim olunmuşdur.

Bələdiyyədə sənədlərlə iş kargüzarlıq qaydalarına uyğun aparılır.Sənədlərin saxlanması və qeydiyyatı üçün müvafiq qovluqlar və jurnallar açılmışdır Hesabat dövründə Bələdiyyə təşkilatlara hesabatları vaxtinda təqdim etmiş gecikmə hallarına yol verilməmişdir.Hesabat dövründə Bələdiyyəyə 30 məktub daxil olmuşdur.Daxil olmuş məktublara təyinatı üzrə baxılmış və icra edilmişdir.Bələdiyyə tərəfindən müxtəlif təşkilatlara 78 ədəd məktub ünvanlanmışdır.Həftənin 3 və 6-cı günləri vətəndaşların müraciətlərinə baxilmışdır.

Ərazidə bir orta məktəb,bir yaradıcılıq evi,kitabxana və tibb məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda kənddə qədim məscid binası var.Məscidə içməli su xətti çəkilmişdir.Qəbirstanlığın hasarı təmir edilmişdir.Məktəbin təmirinə köməklik edilmişdir.

     Kənd təsərrüfatı idarəsi tərəfindən verilən ipəkqurdu yetişdirilmişdir.

Müntəzəm olaraq ərazidə   təmizlik işləri   aparılmış,yol kənarları təmizlənmiş və ağaclar ağardılmışdır.Taxil sahələrinin kənarı və yüksək gərginlikli elektrik xətlərinin altı yanğından mühafizə məqsədi ilə biçindən əvvəl və sonra şumlanmışdır .                                                                                      

Hesabat dövrü üçün ümumilikdə bələdiyyənin maliyyə vəziyyəti barədə ətraflı məlumat verim. İl ərzində bələdiyyə büdcəsinə 8528.0 manat vəsait daxil olmuşdur. Vəsaitin madaxil və məxarici aşaqıdakı kimi olmuşdur.

                     01.01.2021-ci ilə qalıq 21.04

1/

Əhalidən yığılan torpaq vergisi

1292.58

2

Əmlak   vergisi

85

3

Icarə

635.42

4

Cəmi(vergidən)

2013

5

Torpaq satışı

4365

6

Dotasiya

2150

7

Mədaxilin cəmi

8528

 

                                   Məxaric

 

1

İşçilərə əmək haqqı

3485.37

2

Sosial müdafiə və sosial təminat

1672

3

Poçt və xidmət xərci

277.26

4

DƏDRX icarə çıxarışlarının alınması üçün

361.40

5

Kənd bələdiyyələrinin milli assosasiyasi

180

6

Sudan istifadə üçün

2145.66

7

Həmkarlara

180.08

8

Qəzetlərə abunə

186

9

Kadastr Yerquruluşu layihə və tədqiqat üçün

179.01

 

   Ərazidə olan pay torpaqlarının əksəriyyəti şirkətlər tərəfindən alınmışdır. Əhalinin əksəriyyəti bu şirkətlərdə işləyir.Lakin şirkətlər vergi ödəmədiyi üçün büdcəyə gələn vergilər kəskin surətdə azalmışdır.Artıq subsidiya zamanı vergi yığmaq mümkün olmur, çünki vətəndaşlar öz şəxsi səhifələrindən özləri müraciət edərək əkin bəyan edirlər.Bələdiyyənın təsdiqinə ehtiyac olmadığı üçun əhali də verği vermək istəmir.

Verği yığılmadığı üçün də bələdiyyənin işində çətinlik yaranır.Xüsusi ilə də karantin dövrundə,verği yığılması işi xüsusilə çətinləşib,buna səbəb vətəndaşların əksəriyyətinin işsizliyidir.

Bütün bunlara baxmayaraq biz yenə problemləri həll etməyə çalışmışıq.

Yardımlardan əlavə,yetərli vəsaitimizin olmamasına baxmayaraq,kəndin bəzi küçələrinin də çınqıllanması təmin edilmişdir.

Lakin hələ görüləcək işlərimiz,problemlərimiz çoxdur.Çalışacağıq ki ,vergi yığılmasında olan problemi aradan qaldıraq.

Qeyd: Görülən işlərin əksəriyyəti bələdiyyə işçilərinin əmək haqqı ilə ödəndiyi üçün onları burada göstərmək mümkün olmadı.Cədvəldə yalnız köçürmə vasitəsi ilə görülən işlər qeyd olunub.Karantin dövründə bələdiyyə üzvləri və qulluqçuları sözün həqiqi mənasında bir könüllü kimi fəaliyyət göstərmişdir.

                T.İsmayılova

İsmayıllı rayon Kürdmaşı bələdiyyəsinin sədri                

 

ŞƏRHLƏR