"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdmaşı bələdiyyəsi də əhali arasında maarifləndirmə işlərini davam etdirməkdədir

--2020-07-09 / 13:26

İsmayıllı rayon Kürdmaşı bələdiyyəsi İsmayıllı RİH-in təşəbbüsü ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə kənd ərazisində izahat işlərini davam etdirir. Bu barədə məlumatı Kürdmaşı bələdiyyəsi yayıb.

Keçirilən reyd-izahat işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, həmçinin ictimai nəqliyyatda sakinlərlə qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Rayon ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha sakinlərin diqqətinə çatdırılıb.

Bununla yanaşı bələdiyyə sədri Tünzalə İsmayılova bildirib ki, kənd ərazisində qanunsuz zəbt edilmiş çəpərlənmiş örüş sahələrinin təmizlənməsi də davam etdirilir. Belə ki, son bir ay ərzində kənd könüllülərinin dəstəyi ilə 102 Ha zəbt edilmiş sahənin 90 ha təmizlənmişdir.

Perspektivdə həmin sahələr rəsmi şəkildə icarəyə verilməklə bələdiyyə büdcəsinə əlavə vəasitin cəlb edilməsinə nail olunacaqdır.

Belediyye.info

ŞƏRHLƏR