"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir

--2022-09-16 / 11:31

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, onların korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşması sahəsində maarfiləndirilməsi üçün cari ilin sentyabr ayında kurslar davam etdirilmişdir.

Bu məqsədlə regional ədliyyə idarələrinin də imkanlarından istifadə etməklə ümumilikdə 100-dən çox bələdiyyə üzv və qulluqçularının (İmişli, Xaçmaz və Lənkəran regional ədliyyə idarələrinin yurisdiksiyasına daxil olan bələdiyyələr üzrə) iştirakı ilə distant formada təşkil edilmiş kurslarda korrupsiya hüquq pozuntuları, korrupsiya hüquq pozuntularının subyektləri, bu pozuntuların törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları və digər məsələlər haqqında təlim iştirakçılarına geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılmışdır.

 https://justice.gov.az/news/3371

 

 

 

 

 

ŞƏRHLƏR