"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsi növbəti sosial layihəyə yekun vurub

--2022-09-26 / 07:03

“Nizami rayonu Keşlə bələdiyyəsi yeni dərs ilinin başlanması münasibətilə qəsəbənin 60 aztəminatlı ailələrindən olan şagirdlərə zəruri olan ləvazimat yıgılmış çantalar hədiyyə edib” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ələmdar Bafadarov bidlırib.

Sədrin sözlərinə görə, əlavə olaraq 7 nəfər aztəminatlı şagirdə məktəbli formasını almaları üçün bələdiyyə büdcəsindən 970 manat ayrılmışdır.

Sədr qeyd edib ki, Keşlə bələdiyyəsi il ərzində mütəmadi olaraq ərazisində bu tipli sosial aksiyalar həyata keçirir.

Belediyye.info

ŞƏRHLƏR