"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq

--2023-01-20 / 17:57

2022-ci ildə Keşlə bələdiyyəsinin büdcə gəlirləri aşağıdakı kimi olmuşdur. Fiziki şəxslərdən yığılan rüsumlar: torpaq vergisi 94464 manat, əmlak vergisi 149979 manat; icarə haqqı 2571 manat, dotasiya 8000 manat, mehmanxana rüsumu – 2077 manat; digər gəlirlər - 242 manat, ümumiulikdə mədaxil 257333 manat olmuşdur. 01 yanvar 2022-ci ilə qalıq 29133 manat olmuşdur. Bələdiyyənin xərcləri isə: əmək haqqına 117996 manat, maddi yardım 17230 manat, AQBMA-na üzvlük haqqı 3000 manat, KİV-nə abunə 1727 manat, təsərrüfat xərcləri 3705 manat, dəftərxana ləvazimatlarının alınması 1174 manat, kommunal ödənişlər 3162 manat, Keşlə parkının saxlanılması 11210 manat, təmir-abadlıq işləri 19482 manat, qəsəbədəki Şah Abbas məscidinin təmiri 2000 manat, xeyriyyə konsertinə biletlərin alınması 350 manat, Vətən müharibəsində iştirak edən əsgərlərin ad günlərinə xatirə hədiyyələrinin alınması 600 manat, Zəfər Günü münasibətilə əklil və bayraqların alınması 504 manat, qazilərə hər birinə təqdim etmək üçün Fəxri Fərmanların hazırlanması və şirniyyat süfrəsinin açılması üçün lazım olan ərzaq məhsullarının alınması 440 manat, audit xidmətinə 2700 manat, qəsəbədəki Şəhidlər Xiyabanının təmizliyinə 485 manat, “Bakizolyasiya” MMC-nin xidmət haqqı 1228 manat, arxiv sənədlərin tikilməsi 648 manat, bankın xidmət haqqı 9146 manat, icra şöbəsinə məhkəmə sərəncamı üçün 7% köçürülməsinə 2130 manat, digər xərclər 57572 manat, ümumilikdə cəmi xərclər 256489 manat olmuşdur. 01.01.2023-ci ilə bank qalığı – 29977 manatdır. 2022-ci il ərzində görülən işlər barədə hesabatı nəzərinizə çatdırıram.

2022-ci ildə Keşlə bələdiyyəsinin gördüyü işlər barədə hesabat

Keşlə bələdiyyəsi tərəfindən şəhid ailələrinə, qazilərə, əlillərə və aztəminatlı ailələrə 17230 manat maddi yardım edilmişdir. Hər il Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında (cəmi 400 nəfərə) ərzaq yardımı göstərilmişdir ki, bunun da cəmi 5539 manatı bələdiyyə büdcəsindən ayrılmışdır. 20 yanvar şəhidlərinin Anım günü ilə əlaqədar Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanına əklilin qoyulması və çələnglərin alınması məqsədilə bələdiyyə büdcəsindən 590 manat vəsait xərclənmişdir. Keşlə qəsəbəsində tez-tez aparılan təmir və abadlıq işləri, ağacıarın budanması, küçələrin asfaltlanması, bardürlərin yenilənməsi, səkilərin düzəldilməsi, qəsəbədəki 1941-1945 parkının abadlaşdırılması və s. abadlıq işləri sakinlərin rahatlığına, onların rahat gediş-gəlişinə xidmət edir.

Keşlə qəsəbəsində N.Abdullayev, K.Əfkari, Kəndçi, Ə.Əzimzadə, Y.Səfərov, D.Aslan, Qafqaz və Sabir küçələrində cari abadlıq işlərinin və Keşlə bələdiyyəsinin inzibati binasında əsaslı təmir işlərinin aparılması ilə əlaqədar olaraq bələdiyyə büdcəsindən ümumilikdə 19482 manat vəsait xərclənmişdir. Keşlə qəsəbəsindəki 1941-1945 parkının saxlanmasına, bağbanların xidmət haqqına, ora lazım olan təsərrüfat mallarının alınmasına ümumilikdə 11210 manat vəsait xərclənmişdir. Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanının təmizlik işlərində lazım olan təsərrüfat mallarının alınması məqsədilə bələdiyyə büdcəsindən ümumilikdə 485 manat məbləğində pul vəsaiti xərclənmişdir.

Mart ayında Keşlə bələdiyyəsinin inzibati binasında yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə “Bakizolyasiya” MMC-nin hesabına bələdiyyə büdcəsindən 1228 manat vəsait köçürülmüşdür.

May ayında Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” adlı xeyriyyə konsertindən əldə olunacaq vəsait şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “Yaşat” fonduna ianə edilmişdir. Bu məqsədlə bələdiyyə büdcəsindən 350 manat məbləğində vəsait xərclənmişdir. Hər bir idarə və təşkilat üçün qəzet və jurnallara abunə yazılışı vacibdir. Keşlə bələdiyyəsi də bu məqsədlə “Mətbuat yayım” MMC ilə müqavilə bağlayaraq onun hesabına qəzetlərə abunə yazılışı üçün 605 manat məbləğində vəsait köçürmüşdür.     

Vergi borcu olan fiziki şəxslərə xəbərdarlıq məktubları bəzən poçt vasitəsilə göndərildikdə ünvanına çatmır və geri qayıdır. Məhz bu səbəbdən həmin məktubların ünvanlarına daha dəqiq çatmasını təmin etmək məqsədilə YAPS sürətli poçt xidmətindən də istifadə edirik və bu zaman çəkilən xərclərin məbləği də yüksək olur. Poçt və YAPS xidmətləri üçün bələdiyyə büdcəsindən 250 manat məbləğində vəsait ayrılmışdır.

15 sentyabr – Bilik Günü münasibətilə Keşlə qəsəbəsindəki 201, 227, 328 və 312 saylı tam orta məktəblərdə təhsil alan həssas qruplardan olan ailələrin 60 nəfər məktəbli övladlarına məktəb ləvazimatlarının (çanta, dəftərlər, flamastr, rəngli karandaş, qələm, qələmyonan, pozan və s.) alınması məqsədilə bələdiyyə büdcəsindən 2500 manat məbləğində pul vəsaiti ayrılmışdır. Keşlə qəsəbəsində yerləşən Şah Abbas məscidində təmir-abadlıq işləri üçün, məscid binasının mühəndisi müayinəsi və texniki rəyin verilməsi üçün bələdiyyə büdcəsindən 2000 manat məbləğində vəsait ayrılmışdır.

8 noyabr – Zəfər Günü münasibətilə Keşlə qəsəbəsindəki K.Əfkari və M.H.Kazımov küçələrinə bayraqların vurulması məqsədilə 20 ədəd bayrağın alınmasına, eyni zamanda qəsəbədəki Şəhidlər Xiyabanında xarab olub sıradan çıxmış süni əklillərin yenisi ilə əvəz edilməsi üçün 4 ədəd əklilin alınması məqsədilə ümumilikdə bələdiyyə büdcəsindən 504 (beş yüz dörd) manat məbləğində maliyyə vəsaiti ayrılmışdır.

Bildiyimiz kimi bələdiyyələrin fəaliyyətlərinin işıqlandırılmasında “Bələdiyyə.info” saytının xidmətləri əvəzsizdir. 2023-cü il üçün Keşlə bələdiyyəsinin fəaliyyəti barədə hesabatları və məlumatları Belediyye.info saytında yerləşdirməsi müqabilində xidmət haqqının ödənilməsi məqsədilə bələdiyyə büdcəsindən 200 manat manat məbləğində pul vəsaiti “Belediyye.info” MMC-nin Kapital Bank ASC-nin Nəsimi filialındakı bank   hesabına köçürülmüşdür.      Keşlə bələdiyyəsinə müraciət etmiş sakinlərin şəxsi həyətyanı sahələrində mövsümi budama işlərində istifadə etmək üçün motorlu mişarın alınması zərurəti yarandığından bələdiyyə büdcəsindən 496 manat məbləğində maliyyə vəsaiti ayrılaraq “Proqres” xüsusi firmasının “Paşa Bank” ASC-dəki hesabına köçürülmüşdür.

Keşlə bələdiyyəsi tərəfindən 2020, 2021, 2022-ci ilin 7 ayı ərzində görülmüş işlərin hesabatı üçün bukletlərin hazırlanması, həmçinin Keşlə bələdiyyəsi tərəfindən görülən işlər barədə sakinlərə 6 aydan bir hesabatın verilməsi, işçilərin hər hansı məsələ ilə bağlı qabaqcadan məlumatlandırılması, əmrlərlə tanış olmaları, bayram təbrikləri və s. məsələlər barədə divar lövhəsinin hazırlanması məqsədilə bələdiyyə büdcəsindən 1000 manat məbləğində maliyyə vəsaiti ayrılmışdır.

Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 1/12A ünvanında yaşamış və qəsəbədən olan yeganə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyev Nadir Alış oğlunun xatirəsinə inşa olunan “Şəhid bulağı”nın əsaslı təmiri məqsədilə qara mərmər lövhənin dəyişdirilməsinə, kafellərin, ağ mərmərlərin, yerə vurulmuş metlaxların, su xəttinin yenilənməsinə, “Şəhid bulağı”nın ətrafında tamamilə abadlıq və təmir işlərinə bələdiyyə büdcəsindən 1500 manat məbləğində pul vəsaiti ayrılmışdır.

Vətən müharibəsində iştirak etmiş və Keşlə qəsəbəsində yaşayan noyabr ayında ad günü olan 10 nəfər əsgərə və dekabr ayında ad günü olan 12 nəfər əsgərə hər birinə YAP Nizami Rayon Təşkilatına dəvət olunaraq Keşlə bələdiyyəsi ilə birlikdə xatirə hədiyyəsi təqdim edilməsi məqsədilə bələdiyyə büdcəsindən 600 manat məbləğində pul vəsaiti ayrılmışdır.    2023-cü il üçün “Yeni Azərbaycan” və “Səs” qəzetlərinə abunə yazılışı məqsədilə 105 manat 60 qəpik “Yeni Azərbaycan” qəzetinin Kapital Bank ASC-nin Nərimanov filialındakı bank hesabına, 105 manat 60 qəpik “SƏS” qəzetinin “Kapital Bank” ASC-nin Səbail filialındakı bank hesablarına köçürülmüşdür.

Fevral ayında şəhid ailəsinə 300 manat, qazi anasına 200 manat, 2 nəfər aztəminatlı ailəyə ümumilikdə 170 manat, cəmi 670 manat; mart ayında qazi ailəsinə 200 manat, Vətən müharibəsi iştirakçılarının ailələrinə ümumilikdə 400 manat, 2-ci qrup əlilə 120 manat, cəmi 720 manat; aprel ayında 2-ci qrup əlilə yaşadığı evin təmirinə köməklik məqsədilə 250 manat, A.Mirzəyev küç.,54 ünvanındakı 1 nəfər imkansız ailəyə 200 manat, Q.Sadıq küçəsi, ev 11 ünvanda yaşayan, Vətən müharibəsi iştirakçısının  atası 1-ci qrup əlilə 150 manat,   cəmi 600 manat; iyun ayında 2 nəfər imkansız ailəyə cəmi 380 manat; avqust ayında P.Fərzəliyev küçəsi, ev 15/1 ünvanında yaşayan Vətən müharibəsi iştirakçısının anasına 150 manat, Zakir küçəsi, ev 9 ünvanındakı imkansız ailəyə 100 manat, Puşkin küçəsi, ev 9 ünvanındakı imkansız ailəyə 150 manat, cəmi 400 manat; sentyabr ayında övladları məktəbə gedən maddi cəhətdən vəziyyətləri ağır olan N.Abdullayev küçəsi,4/13 ünvanında yaşayan sakinə 150 manat, M.İbrahimov küçəsi, ev 31 ünvanında yaşayan sakinə 200 manat, Yenikənd küçəsi, ev 14 ünvanında yaşayan 2-ci qrup əlilə 100 manat, A.Mirzəyev küçəsi, ev 68 ünvanında yaşayan 1-ci qrup gözdən əlilə 120 manat, M.H.Kazımov küçəsi, ev 40 ünvanında yaşayan Vətən müharibəsi qazisinə 100 manat; həmçinin M.H.Kazımov küçəsi, ev 2, m.1 ünvanında yaşayan Vətən müharibəsi qazisinə 200 manat, Maarif küçəsi, ev 11 ünvanında yaşayan Vətən müharibəsi iştirakçısına 200 manat, cəmi 1070 manat; oktyabr ayında aztəminatlı ailəyə 100 manat, Türkmən küçəsi, ev 4A ünvanında yaşayan Vətən müharibəsi qazisi 2-ci qrup əlilin anasına evinin təmirinə köməklik məqsədilə 1500 manat, Maarif küçəsi, ev 8 ünvanında yaşayan sakinə evinin dam örtüyünün təmiri üçün 200 manat, Q.Sadıq küçəsi, ev 11 ünvanında yaşayan 1-ci qrup gözdən əlilə 50 manat, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış və Keşlə qəsəbəsində yaşayan 22 nəfər qazinin hər birinə 8 Noyabr – Zəfər günü münasibətilə 100 manat məbləğində, cəmi 2200 manat məbləğində pul vəsaiti ayrılmışdır, cəmi oktyabr ayında 4050 manat; noyabr ayında Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış və Keşlə qəsəbəsində yaşayan 11 nəfər VM iştirakçılarının hər birinə 100 manat, cəmi 1100 manat məbləğində maddi yardım ayrılmışdır; dekabr ayında M.Ağayev küçəsi, 55/1 ünvanında yaşayan VM iştirakçısına 150 manat, P.Fərzəliyev küçəsi, ev 82A ünvanında yaşayan VM iştirakçısına 100 manat, Maarif küçəsi,17, ev 1 ünvanında yaşayan VM iştirakçısına 100 manat, Əzimzadə küçəsi, ev 23 ünvanında yaşayan 1-ci qrup əlilə 150 manat,cəmi 500 manat; ümumilikdə 9490 manat maddi yardım verilmişdir.

2022-ci il ərzində 45 iclas keçirilmiş, 138 məsələ müzakirə olunmuşdur. İclaslar protokollaşdırılmış, qaydaya müvafiq şəkildə Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.Bundan başqa təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq tərəfimizdən qəsəbədə müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin müraciətləri, həmçinin müxtəlif təşkilatların məktubları əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması üçün tərəfimizdən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir.

2022-ci il ərzində bələdiyyəyə 444 ərizə və 153 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 220 məktub göndərilmiş, 100 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 101 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir. Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcək.                 

 Ələmdar Bafadarov Nizami rayonu Keşlə bələdiyyəsinin sədri                                                                                                                     

 

 

                       

 

 

                                                                                                         

 

 

 

ŞƏRHLƏR