"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsi 227 saylı tam orta məktəbdə görüş keçirib

--2018-10-16 / 17:27

16 oktyabr 2018-ci il tarixdə “Yerli Demokratiya Həftəsi” çərçivəsində Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbin akt zalında Nizami rayonu Keşlə bələdiyyəsinin kollektivi ilə müəllim və şagirdlərin, qəsəbə gənclərinin görüşü keçirilmişdir. Bu barədə məlumatı Keşlə bələdiyyəsi yayıb.

Görüşdə Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, məktəbin direktoru Sevinc Hüseynova çıxış etmişlər.

Bələdiyyə sədri Ə.Bafadarov gənclərə bələdiyyənin gördüyü işlər barədə məlumat vermiş, onlara yerli özünüidarəetmənin nə kimi funksiyalara malik olması ətraflı izah edilmişdir.

Görüş zamanı bələdiyyə üzvləri gənclərin çoxsaylı suallarına cavab vermişlər.

Belediyye.info

ŞƏRHLƏR