"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsi 150 min manatlıq əmlak verigisi yığıb

--2023-01-24 / 05:48

Nizami rayonu Keşlə bələdiyyəsindən verilən məlumata görə, 2022-ci ildə bələdiyyənin büdcə gəlirləri aşağıdakı kimi olmuşdur. Fiziki şəxslərdən yığılan rüsumlar: torpaq vergisi 94.464 manat, əmlak vergisi 149.979 manat; icarə haqqı 2.571 manat, dotasiya 8000 manat, mehmanxana rüsumu – 2.077 manat; digər gəlirlər - 242 manat, ümumilikdə mədaxil 257.333 manat olmuşdur. 01 yanvar 2022-ci ilə qalıq 29.133 manat olmuşdur. Budcə gəlirlərinin artırılması üçün bü gün bələdiyyənin əsas məqsədi əmlak və torpaq vergisinin tam şəkildə yığılması üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılması təşkil edir. Məhz bu fəaliyyətin nəticəsidir ki, vergi yığımında artım müşahidə olunur.

Bələdiyyənin xərcləri barədə: əmək haqqına 117.996 manat, maddi yardım 17.230 manat, AQBMA-na üzvlük haqqı 3000 manat, KİV-nə abunə 1727 manat, təsərrüfat xərcləri 3705 manat, dəftərxana ləvazimatlarının alınması 1174 manat, kommunal ödənişlər 3162 manat, Keşlə parkının saxlanılması 11.210 manat, təmir-abadlıq işləri 19.482 manat, qəsəbədəki Şah Abbas məscidinin təmiri 2000 manat, xeyriyyə konsertinə biletlərin alınması 350 manat, Vətən müharibəsində iştirak edən əsgərlərin ad günlərinə xatirə hədiyyələrinin alınması 600 manat, Zəfər Günü münasibətilə əklil və bayraqların alınması 504 manat, qazilərə hər birinə təqdim etmək üçün Fəxri Fərmanların hazırlanması və şirniyyat süfrəsinin açılması üçün lazım olan ərzaq məhsullarının alınması 440 manat, audit xidmətinə 2700 manat, qəsəbədəki Şəhidlər Xiyabanının təmizliyinə 485 manat, “Bakizolyasiya” MMC-nin xidmət haqqı 1228 manat, arxiv sənədlərin tikilməsi 648 manat, bankın xidmət haqqı 9146 manat, icra şöbəsinə məhkəmə sərəncamı üçün 7% köçürülməsinə 2130 manat, digər xərclər 57572 manat, ümumilikdə cəmi xərclər 256489 manat olmuşdur.

Belediyye.info

ŞƏRHLƏR