"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kəpəz bələdiyyəsi şəhid ailələrinə torpaq sahəsi ayırıb

--2020-03-16 / 11:37

Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi tərəfindən hər zaman şəhid ailələri və Qarabağ müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir.Onların mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzimizdədir. Belə ki, Kəpəz rayon Kəpəz bələdiyyəsi tərəfindən növbəti dəfə şəhid ailələri Şabanova Şəfaqət Burcalı qızı, Əliyeva Münəvvər Rzaqulu qızı, Ələkbərova Lilpar İsrəfil qızı və Qarabağ müharibə əlilləri Əliyev Eldar Usub oğlu, Əliyev Elçin Nəriman oğluna fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verildi.

Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi

ŞƏRHLƏR