"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin sənədləşdirilməsi təklif olunub

--2023-01-27 / 19:27

“Bələdiyyə torpaqlarının təftiş olunmasına ehtiyac var. Torpaqların təyinatından kənar istifadəsinə icazə verən insanlar müəyyənləşməli və məsuliyyətə cəlb olunmalıdır”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

Azər Badamov deyib ki, əgər o torpaqlar örüş üçün nəzərdə tutulubsa, niyə fərdi evlərin tikintisinə icazə verildiyi araşdırılmalıdır: “Artıq fərdi evləri o torpaqlardan sökmək düzgün deyil. Həmin fərdi evlərin sənədləşdirilməsi məsələsi həllini tapmalıdır. Həmin ərazilərin təyinatının dəyişdirilməsi və evlərin sənədləşməsi məsələsi həllini tapmalıdır”.


Ramiz Mikayıloğlu

https://apa.az/az/aqrar-senaye-kompleksi/kend-teserrufati-teyinatli-torpaqlarda-tikilmis-ferdi-evlerin-senedlesdirilmesi-teklif-olunub-744446

ŞƏRHLƏR