"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kənd bələdiyyəsi iclasını video-konfrans şəklində həyata keçirilib

--2020-05-04 / 03:41

Ismayıllı rayonu Kürdmaşı kənd bələdiyyəsinin növbəti iclası onlayn video-konfrans şəklində həyata keçirilib.

İclasda, gündəlikdə olan cari məsələlər ətrafında bələdiyyənin sədri Tünzalə Abdullayeva çıxış edərək ötən rübdə görülən işlər barəsində bələdiyyə üzvlərinə ətraflı məlumat verib.

Koronavirusla mübarizədə aparılan işlərə, kənd ərazisində aparılan dezinfeksiya işlərinə, aztəminatlı ailələrə verilən maddi yardımlara öz fikirlrəini bildirən üzvlər həmçinin bələdiyyə mülkiyətində olan torpaq alqı - satqısı məsləsinə də münasibətlərini bildiriblər.

Bələdiyyə üzvləri müasir informasiya texnologiyalarından istifadə edərək gündəlikdə olan məsələlərə onlayn şəklidə səs veriblər.

İlk dəfə keçirilən video konfransda 9 bələdiyyə üzvü aktiv şəklidə iclasda iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR