"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keçmiş nazirin binaları otel kimi fəaliyyət göstərəcək

--2019-09-08 / 15:01

Bakı şəhəri Xan Şuşinski küçəsiylə Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində ucaldılan keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən iki hündürmərtəbəli bina sökülməyəcək. İlkin olaraq binanın indiki sahibləri iki binanın üz örtüyünü və daxili arakəsmələrinin sökülməsi sifarişini veriblər. İki binanın birləşdirilərək otel kimi fəaliyyətə başlayacağı deyilir.

Binalarda söküntü işləriylə məşğul olan şəxslərin verdiyi məlumata görə, əsaslı təmir işlərinin iki ilə yaxın müddətdə başa çatdırılacağı deyilir.

Qeyd edək ki, birinci bina tam istifadəyə verilmiş, binada əvvəlcə “Bank of Azerbaydjan”, sonra isə “Əmrahbank” fəaliyyət göstərib.

İkinici binada isə beş il əvvəl tikinti işləri başa çatdırılsa da daxili təmir işləri yarımçıq qalmışdı.

Belediyye.info

ŞƏRHLƏR