"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İyirmi yaşlı Azərbaycan bələdiyyəsi: MÜRACİƏT

--2019-07-27 / 10:51

Bu ilin sonunda həm bələdiyyə seçkiləri keçiriləcək, həmdə bələdiyyələrin formalaşmasının 20 ili tamam olacaqdır. Bu günədək baş tutan bələdiyyə seçkilərinin dekabr ayına düşdüyündən güman etmək olar ki, yubiley tədbirlərinin də elə bu ay da keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Lakin seçki prosesi bu tədbirləri ertələyə də bilər. Bu da təbiidir.

Bizim bu yazıda əsas təklifimiz isə məhz yubiley tədbirləriylə bağlı müəyyən təklifləri ictimailəşdirməkdir.

Bu da bir faktdır ki, istənilən sahədə çalışan insanların zəhməti və sahənin inkişafıyla bağlı xidmətləri olan şəxslər cənab Prezidentin diqqətindən yayınmır. Bunun üçün ilk olaraq həmin sahədə çalışanların peşə bayramı təsis edilir, hər ildə davamlı olaraq müyyən təqdimatlarda həyata keçirilir. Bu həmin sahədə çalışanlar üçün həm diqqətdir, həm də gələcəkdə daha səmərəli fəaliyyət üçün də bir stimuldur.

Yubiley ərəfəsində bələdiyyə sahəsiylə bağlı hansı bir addımın atılması gözləniləndir.

Dəfələrlə bu məsələ ilə bağlı həm siyasi xadimlər, Milli Məclisin üzvləri tərəfindən, o cümlədən, bizim də QHT təmsilçisi olaraq tərəfimizdən “Bələdiyyə günü”nün qeyd edilməsi təklif olunub.

Burada bir məqam var ki, ölkəmizdə hazırda 1607 bələdiyyənin 15 min nəfərdən artıq üzvü və bir o qədərdə bələdiyyə qullquçusu vardır. Bələdiyyə qulluqçuların peşə bayramı kimi həmdə bütövlükdə üzvlərə,o cümlədən bu sahə ilə bilavasitə bağlı olanlara aid edilməsi mümkün olan “Bələdiyyə günü”nün təsis edilməsi daha məqbul sayıla bilər.

Bununla yanaşı   fəal   bələdiyyə üzvlərinin və qulluqçularının, bu sahənin fəaliyyətinin təbliğiylə məşğul olanların dövlət mükafatlarına təqdim edilməsi də təkliflər sırasındadır.

Açıq deyək ki, bu sistemin formalaşmasında xidməti olan insanlar vardır. Onların iyirmillik fəaliyyətinə qiymət verilməsi dövlətin hər zaman bələdiyyə sisteminə göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirilə bilər. Bunun üçün xüsusi orden və ya medalında təsis edilməsi mümkündür.

Sözsüz ki, bu və ya digər təkliflərin reallaşması ölkə başçısının iradəsindən asılıdır. Bu gün tam səmimi etiraf etməliyik ki, bələdiyyələrdə əvvəlki illərdə formalaşmış “neqativ və torpaq satan bir qurum ” fikri də məhz Prezidentin atdığı inamlı addımlardan sonra əriməyə başlamış, bələdiyyələrdə bu tənqiddən lazımınca nəticə çıxarmışlar. Sözsüz ki, nəticə çıxarmayanların sayı ilbəil azalmaqdadır.

İnanıram ki, Cənab Prezident bələdiyyələr üçün belə bir yubiley günü ilə bağlı xüsusi proqramın təsdiq edilməsini diqqətdə saxlmaqla, həmdə bu sahədə çalışanların üzərinə böyük bir məsuliyyət yükü qoymuş olacaqdır.

Əminəm ki, hər bir müraciəti diqqətdən kənarda saxlamayan Cənab Prezident İlham Əliyev bizim də bələdiyyələrin fəaliyyətinin və bu istiqamətdə dövlət siyasətinin təbliğiylə məşğul olan QHT və media təmsilçisi olaraq təklifimizi diqqətdən kənarda saxlamayacaqdır.

Vüqar Tofiqli

Belediyye.info resursunun və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB təsisçisi

 

ŞƏRHLƏR