"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“İsti evini soyuq torpağa dəyişən xalq!”

--2022-09-26 / 08:11

           2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.  Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda  gedən  mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir.

         Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2700-dən artıq hərbi qulluqçusu həlak olmuş, yüzlərlə hərbi qulluqçumuz itkin düşmüş, minlərlə hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Vətən oğullarından biri Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Xəlilov Ruhin Müzəffər oğlu olmuşdur. Əziz millətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bizə düşən şəhidlərimizin bizlərə əmanət etdiyi vətən torpağını qorumaq və sonrakı nəsillərə çatdırmaqdır. Uca Allah cəmi şəhidlərimizə rəhmət etsin. Vətən sağolsun.

             Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında  “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

       Məhəddinov Rafiq Əhməd oğlu

İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi

                   II-dərəcəli ədliyyə qulluqçusu

                      

 

 

 

 

 

 

           

 

ŞƏRHLƏR