"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İsmayıllı rayonunun Gəraybəyli bələdiyyəsinin sədrini tanıyaq

--2018-11-19 / 12:05

Əkbərov Qinyaz Eyvaz oglu 1959-cu ilin yanvar ayının 20 –də İsmayıllı rayonunun G əraybəyli kəndində anadan olub.

1974-cü ildə İsmayıllı rayonunun G əraybəyli kənd səkkizillik məktəbi, 1976-cü ildə Samaxı şəhər 5 saylı orta məktəbi bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb.

1976-cı iln sentyabr ayından 1977 - ci ilin noyabr ayının 08- nə kimi Şamaxı rayon M.Ə.Sabir adına üzümcülük sovxozunda f əhlə işləyib.

1977-ci ilin 09 sentyabrdan 1978-ci ilin 13 mayınadək İsmayıllı rayon “Rusiya” üzümculuk sovxozunda fəhlə işləyib.

1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Tətərrüfatıİnstitutunu maliyə-statistika fakultəsinə qəbul olunub. 1978-ci ilin mayından 1980 - cı ilin iyun ayına kimi hərbi xidmətdə olub. 1984-cü maliyə-statistika fakultəsini bitirib.

1980-cı ilun iyul ayının 01 - dən 1981-ci ilin 14 dekabrınadək İsmayıllı rayon 12 saylı t əsərrüfat hesablı tikinti idar əsində fəhlə işləyib.

1981-ci ilin 16 dekabrından 1983-cü ilin 16 iyulunadək İsmayıllı rayon “Rusiya” üzümculuk sovxozunda fəhlə işləyib.  

1983-cü ilin 29 iyulundan 1984 –cü ilin 22 mayınadək İsmayıllı rayon 3443/019 saylı əmanət kassasında birinci dərəcəli nəzarətcisi işləyib. 23 may 1984-cü ildən 21 noyabr 1990-cı ilə kimi İsmayıllı rayon “Rusiya” üzümculuk sovxozunda baş iqtisadcı iişləyib.

21 noyabr 1990-cı ildən 06 yanvar 1992-cı ilədək İsmayıllı rayon Aqrar Sənaye Birliyinin plan şöbəsinin müdiri - baş iqtisadcısı işləyib.

1992-cı ilin yanvar ayının 06 - dan 2000-ci ilin yanvar ayının 14-nə İsmayıllı rayon “Rusiya” üzümculuk sovxozunun direktoru, direktor müavini, islahat komissiyasının s ədri vəzifələrində işləyib.

1999,2004,2009,2014cü illərdə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilib. 2000-ci ilin yanvar ayından hal-hazıra kimi İsmayıllı rayon G əraybəyli bələdiyyəsinin sədri işləyir.

Ailəlidir , 4 övlad atasıdır.

 

ŞƏRHLƏR