"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İsmayıllı bələdiyyələrinin büdcə gəlirləri azalıb

--2019-08-07 / 20:26

İsmayıllı rayonunda formalaşan 34 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 530.700 manat olub. Bu da 2017-ci illə müqayisədə 7 faiz azalma deməkdir.

Əldə edilən vəsaitin isə 51 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

İsmayıllı bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 270900 manat olub ki, bu da ötən ilki rəqəmdən 12 faiz az deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

34 bələdiyyə 46.000 manatlıq əmlak vergisi, 112.300 manatlıq torpaq vergisi, 800 manatlıq mehmanxana rüsumu, 800 manatlıq mədən vergisi, 2.300 manatlıq avtodaynacaq rüsumu, 3200 manatlıq reklam vergisi toplaya biliblər.

Qeyd edək ki, il ərzində 69.600 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 1200 manat olub.

İsmayıllı bələdiyyələri əldə etdikləri qazancın 62.5 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR