"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İşimizi bu istiqamətdə qurarkən əsas məqsədimiz...

--2019-05-03 / 15:37

Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi hesabat dövründə yerli özünəidarəetmə orqanları olan bələdiyyələr regionların inkişafı sahəsində həyata keçirilmiş vəzifələrin icrasında fəal iştirak etmiş və etməkdədirlər. Nəzərinizə çatdırıram ki, ərazisində 39851 nəfər seçicisi yaşayan və 17 nəfər üzvü olan Şirvan bələdiyyəsində yaşayış massivləri üzrə seçilmiş 18 məhəllə komitələri fəaliyyət göstərir.Sakinlərimizin və onların məhəllə komitələrinin müraciətləri əsasında Şirvan Bələdiyyəsinin hesabat dövrü üzrə həyata keçirdiyi layihələr barədə məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

2018-ci il ərzində Şirvan Bələdiyyəsi tərəfindən şəhərin G.Şıxbalaoğlu küçəsində səki tikilərək, 920 kv.metr sahəyə tamet döşənmiş, səkinin kənarlarına 1180 m beton bardyurlar qoyulmuşdur. Şəhid ailələrinin müraciətləri əsasında şəhərin Şəhidlər Xiyabanında 4 şəhidin qəbr üstü abidəsi yenidən qurulmuşdur.

Şirvan bələdiyyəsi olaraq sakinlərin kollektiv müraciətlərinə daim diqqətlə yanaşırıq. Belə müraciətlərin birinə əsasən 72 ədəd stul və 16 ədəd stol alınaraq əvəzsiz olaraq Leytenanat İbrahimov küçəsi 4 saylı binann qarşısında tikilmiş xeyir - şər evinə verilməsi sakinlər tərəfindən razılıqla qarşılanmışdır

Şəhərin T.İsmayılov küçəsi 2, 5, 11A, 15 saylı binaların qarşısındakı, 20 Yanvar küçəsində yerləşən 9 saylı binanın qarşısındakı, leytenant İbrahimov küçəsi 14 sasylı binaların qarşısındakı məhəllələrdə tərəfimizdən geniş təmir və abadlıq işləri də əhalinin bizə olan müraciətləri əsasında aparılmışdır. Hal-Hazırda S.Zeynalov küçəsi 3 saylı binanın qarşısında tikilən xeyir-şər yerində təmir-tikinti və abadlıq işlərini davam etdiririk.

İşimizi bu istiqamətdə qurarkən əsas məqsədimiz odur ki, sosial sifarişlərin yerinə yetirilməsində vətəndaş məmnunluğunu təmin edək, sakinlərimiz bizdən razı qalsın.

Ona görə də ilk növbədə əhalinin sosial ehtiyaclarından irəli gələn sosial layihələrin yerinə yetirilməsi üzərində qurmuşuq. Əhali ilə bu istiqamətdə iş apararkən Milli Assosiasiyaların tövsiyyələri əsasında keçirdiyimiz “Azərbaycanda Yerli Demokratiya Həftəsi” tədbirlərin imkanlarından səmərəli və geniş istifadə etməyə çalışırıq. Keçən ilki Yerli demokratiya həftəsi tədbirlərində 6 belə görüşdə 1728 nəfər bələdiyyə sakinləri ilə görüşmüşük, 216 nəfər isə bələdiyyə sədri və onun üzvləri tərəfindən qəbul olnmuşdur. Həftə tədbirləri çərçivəsində daxil olmuş bütün müraciətlər sistemləşdirilərək növbəti il üçün Şirvan Bələdiyyəsinin fəaliyyət proqramlarına daxil edilmiş, bəzi müraciətlər isə icra olunmaq üçün aiddiyyatı idarə və təşkilatlara göndərilərək nəzarətə götürülmüşdür. Ümumən 2018-ci il ərzində vətəndaşlardan daxil olmuş müraciət, ərizə və şikayətlərin sayı 139 olmuşdur ki, onlardan 85 ərizəyə baxılaraq müvafiq tədbir görülmüş, 54 ərizə isə nəzarətdə saxlanılmışdır. Maddi yardım və material köməkliyi ilə bağlı 25 ərizə daxil olmuş, müraciətlərə bələdiyyə iclaslarında baxılaraq vətəndaşlara maddi və material köməkliyi ğöstərilmişdir. Belə demək mümkündürsə fəaliyyətimizdə ona çalışırıq ki, ərazidə yaşayan sakinlər bələdiyyəni özlərinin evi kimi hiss etsinlər. Ona görə də qapımız hər zaman hər bir sakinin üzünə daim acıqdır.

.Təcrübə göstərir ki, dəqiq təhlillər aparılmadan mövcud vəziyyət barədə təsəvvür əldə etmək mümkün deyil. Belə olduğu halda görəcəyimiz qarşıdakı işlər barədə konkret vəzifələrin müəyyənləşdirilməsi daha da asanlaşır. Məlumat üçün bildirirəm ki, 2017-ci illlə müqayisədə Şirvan Bələdiyyəsinin büdcəsi gəlirləri 57983 manat və ya 32 faiz, xərcləri 58520 manat olmaqla 32 faiz artmışdır. Yerli büdcəni formalaşdırarkən əsas məqsədimiz cari xərcləri daha asan yolla qarşılamaqla əhalinin sosial ehtiyaclarını onların arzu etdikləri şəkildə yerinə yetirməkdir. Lakin vergi və ödənişlər sahəsində bir sıra problemlər işimizi xeyli çətinliyə salır.

Dövlət Reklam Ağentliyi yaranandan sonra ərazi üzrə toplanmış vəsaitin qanunçuluqda nəzərdə tutulan məbləği bələdiyyənin hesabına köçürülmür. Son vaxtlar həmin quruma ünvanladığımız müraciətin cavabından asılı olaraq digər qurumlara da müraciətimizi davam etdirəcəyik. Yeri gəlmişkən burada əyləşən hörmətli dövlət rəsmilərindən də məsələyə müdaxilə etmələrini xahiş edirəm. Başqa deyəcəyim odur ki, bələdiyyələrdə lazımi hüquqi baza olduqda vətəndaşların müraciətlərini daha asan qarşılaya bilirik. Məlumat üçün bildirim ki, 27 Avqust 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 447 saylı sərəncamı ilə “ Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi haqqında ” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.Bu qanunun tətbiqi ilə əlaqədar Şirvan şəhərinin inzibati ərazisi və Şirvan Bələdiyyəsinin mülkiyyət torpaqları haqqinda xəritələr işlənərək, 15 Aprel 2014-cü il tarixdə Dövlət Torpaq Kadasrt Fonduna verilmişdir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra 2016-ci ildən başlayaraq ilkin torpaqayırma sənədləri tərəfimizdən hazırlanan zaman ƏMDK-nin nəznində olan Daşınmaz Əmlakın Kadastrı və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinin, 13 saylı Layihə Tədqiqat mərkəzinin, 13 saylı Layihə Tədqiqat idarəsi tərəfindən bizə kütləvi problemlər yaradmağa başlamışdır.

Bu idarənin mutəxəssisləri özbaşına olaraq torpaqların elektron daşiyicisinda düzəliş etmişlər, halbuki bu Əmlak Məsələləri Dövlət Komitəsi haqqinda əsasnamənin 2.0.6-cı bəndinin kobud surətdə pozulması demekdir.

Onların özbaşına düzəlişlər şəhərin F.X.Xoyski küçəsindəki 20.5 hektar ərazidə fərdi ev tikib yaşayan sakinlərin torpaqlarının yaşayış məntəqəsi torpaqlarından kənara düşməsi oldu. Halbuki həmin ərazidə ƏMDK-nin Reysrt Xidməti tərəfindən vətəndaşlara yüzlərlə çıxarış verilmişdir.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Şəhər, qəsəbə və kəndi üzrə daşınmaz əmlakların mükəmməl elektron kadasdır məlumat bazasının yaradılması və rəqəmsal kadasdır xəritələrinin tərtibi`` lahiyəsi, bələdiyyəmizin qismən iştirakı ilə keçirildiyinə görə Şirvan şəhərində süni yaradılmış torpaq problemlərinin əsaslı şəkildə həllinə əminliyimiz yoxdur.      

   Şirvan Bələdiyyəsinin həm iqtisadi inkişafina, həm də vətəndaşların bələdiyyəyə olan inamina cətinlik yaradan problem bundan ibarətdir.

    Kürdoğlu Muradov

Şirvan bələdiyyəsinin sədri

 

 

 

ŞƏRHLƏR