"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İş yerlərində bərabərliyə şərait yaradılması həmkarlar ittifaqının önəmli işidir

--2018-11-13 / 09:05

Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. 

Beynəlxalq hüquqi aktlarda və Konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur.  Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub.

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilat ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturudur.

Gender bərabərliyinin təmin edilməsi istiqamətində nəzərdə tutulan məqsəd və vəzifələr “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasında öz geniş əksini tapmışdır. Azərbaycan-2020: Gələcəyə baxış” Konsepsiyasının “Gender bərabərliyinin təmin olunması və ailənin inkişafı” bölməsində qeyd edilmişdir: “Ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər gerçəkləşdirilir. Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edir.”

Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib.

Azərbaycanın birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı bir sıra tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması prioritet müzakirə mövzusudur.

Azərbaycanda “Gender bərabərliyinin təminatları” haqqında Qanun qəbul edib. Bununla da ölkədə gender sahəsində geniş işlər aparmaq üçün zəruri normativ hüquqi baza yaradılıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradıb.

Qadın əməyinə qarşı ayrı-seçkiliyin tarixi aspektlərinə baxsaq istər Beynəlxalq Əmək Təşkilatı, isrərsə də Birləşmiş Millətlər Təşkilatı müvafiq tədbirlər görmüş, aidiyyatı formada müxtəlif Konvensiya, Bəyannamə və digər sənədlər qəbul etmişdir. Onlardan Beynəlxalq Əmək Təşkilatının “ Bərabər əməyə görə kişilərə və qadınlara bərabər hüquq verilməsi haqqında” 100 saylı, “Əmək və Məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyaları qeyd etmək olar.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sahə həmkarlar təşkilatlarında gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi, sosial vəziyyətlərinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması üçün həmkarlar ittifaqı təşkilatları tərəfindən müəyyən işlər görülmüşdür.

Respublika komitəsində, Sumqayıt, Mingəçevir və Gəncı şəhər komitələrində, eləcə də qadınların sayının çoxluq təşkil etdiyi təşkilatlarda gender problemi ilə yaradılmış komissiyalar AHİK-in gender və qadın problemlərinin həllində həmkarlar ittifaqlarının rolunu və yerini müəyyən edən sənədləri rəhbər tutaraq, həmkarlar ittifaqlarının gender bərabərliyi və qadın problemləri üzrə komissiya haqqında “ƏSASNAMƏ”yə uyğun olaraq fəaliyyət göstərir.

Komissiyasının tərkibi təşkilatların əmək kollektivinin etimadını qazanmış fəal üzvlərindən təşkil olunmuşdur. 

Gender problemi üzrə yaradılmış komissiyalar öz iş planlarına uyğun fəalyyət göstərmişlər. Gəncə şəhər bələdiyyələrində gender problemi üzrə komisiyasının işlasında yeni sədr seçilmişdir. ABIHI-nin Biləsuvar rayon komitəsində gender bərabərliyi üzrə komissiya yaradılmışdır.

Qadınların əmək münasibətləri ilə əlaqədar qarşılaşdıqları problemlərə dəstək olmaq üçün gender problemi üzrə komisiya hüquqi maariflənmə tədbirləri cərçivəsində Xəzər rayonu Mərdəkan bələdiyyəsində “Qadınların  əmək hüquqlarının qorunması” mövzusunda tədbir keçirmişdir. Əsas diqqət qadınların bələdiyyə strukturlarında və həmkarlar ittifaqı orqanlarında təmsil olunması üçün şəraitin yaradılmasına yetirilmişdir.

Qeyd etməliyəm ki, ilk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

Gender bərabərliyi ilə bağlı Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyyəti tərəfindən Yerli özünüidarəetməyə dəstək proqramı çərçivəsində Gürcüstan Respublikasının Kaxetiya vilayətinin Lapota şəhərində ”Yerli səviyyədə qenderə həssas büdcənin hazırlanması” mövzusunda keçirilən konfransda sahə həmkarlar təşkilatının bir qrup üzvü iştirak etmişlər.

Qeyd etməliyəm ki, bu günə kimi respublika komitəsinin üzv təşkilatlarında yerli özünüidarəetmə orqanlarında ayrı-seçkilik halları olmamışdır. İş yerlərində bərabərliyə şərait yaradılması həmkarlar ittifaqının önəmli işidir və bu istiqamətdə işimizi davam etdirəcəyik.

 

Məhərrəm Xəlilov

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

ŞƏRHLƏR