"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İpotekada olan mənzilin əmlak vergisi ödənilir?

--2021-03-14 / 13:32

Son illərdə nağd vəsaitinin həcmi ev almağa imkan verməyən vətəndaşlar ipoteka ilə mənzil və digər əmlaklar almağa üstünlük verirlər. Bu zaman onlar həmin əmlakın dəyərini bir neçə ilə hissə-hissə banka və ya tikinti şirkətlərinə ödəmək imkanı qazanırlar. Əmlakın dəyəri tam ödənilənədək həmin mənzil və ya digər obyektin yüklülüyü yaranır, onun idarə olunmasında müəyyən məhdudiyyətlər tətbiq edilir. Bəs bu halda həmin mənzillər və ya digər obyektlər vergiyə cəlb edilməlidirmi? Bu sahədə hansısa güzəştlər varmı? 

Dölət Vergi Xidmətindən bu suallara aydınlıq gətirilərək bildirilib ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 269.2-ci maddəsinə uyğun olaraq, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən, əşyanın yüklülüyü – qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması deməkdir. Məcəllənin 269.2-ci maddəsində isə göstərilib ki, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

Göründüyü kimi, əşyanın yüklülüyü, o cümlədən də girov və ipoteka hüququ mülkiyyətçinin əşyaya (əmlaka) olan mülkiyyət hüququna xitam verilməsi deyil, yalnız girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün həmin hüququn məhdudlaşdırmasıdır. Məhz bu baxımdan, girov qoyulan əmlaka görə onun mülkiyyətçisi əmlak vergisini ödəməlidir. Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti sayılır.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsininin tələbinə görə, fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

ŞƏRHLƏR