"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İnsan qəlbinə boylanan Ağdamlı

--2017-10-10 / 04:58

Vüqar Tofiqli

Dünyanın ali varlığı olan insan mürəkkəb olduğu qədər qə sadə və səmimidir.

Haqqında danışacağım şəxsi otuz ildir tanıyıram. Onu əvvəlcə savadlı, qabiliyyətli və peşəkar kimi həkim kimi tasnımışam.

Ağdamın işğalından sonra yurd-yuvasından didərgin düşən həkim Bakıda öz fəaliyyətini əczaçı kimi davam etdirəsi oldu. Poliklnikada və əsasən də əczaxanada çalışan həmyerlim əhaliyə xidmət göstərməkdən zövq alırdı. Bəzən axşamlar çalşdığı əczaxanaya gedər söhbətləşər qaysaq bağlamış dərdlərimizindən danışmaqdan yorulmazdıq.

Məhz belə söhbətlərin birində həkim söhbəti şeirdən saldı və özünündə cızma-qara etdiyini dilə gətirdi.

Oxudum. Şeirləri həqiqətən diqqətimi çəkdi. Lakin bunun üçün samballı şairlərin fikir və mülahizələrinə ehtiyac olduğunu dedim. Və bu minvalla ünsiyyətimiz daha da artdı. Boş olanda axşamlar aptekə gələr, saatlarla söhbət edərdik.

Mətləbə keçməmişdən əvvəl deməliyəm ki, həkim elə insandır ki,  yaxşılığı heç vaxt unutmaz, edilən yaxşlığı ictimaiyyət arasında  ürəklə deyir və hətta  təkrar etməkdən yorulmur, qiymətləndirir. Mənəd gəldikdə isə yaxşılığım, əgər belə demək mümkündürsə, vaxtıylə ona nəhəng insanlarla görüşməkdə yardımçı olmağım olub. Bu  görüşlər isə  həkimə sadəcə bir stimul veribmiş.

Həmsöhbətim şair qəlbli həkim Zakir Ağdamlı-Əliyevdir.

 ***

Ağdamın Papravənd kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Bu gün  kifayət qədər samballı həkim dostları var. Tələbəlik illərindən şeirə sənətə marağı olub. İlham pərisi gələndə ara sıra şeir də yazır.

***

“Azərbaycan” Nəşriyyatında çalışdığım vaxt ən böyük qazancım  dahilərlə ünsiyyətim olub. Bu gün yeri gələndə məhz dahilərlə həmsöhbət olduğum məqamları  xatırlamaqla özümdə bir rahatlıq tapıram.

“Azərbaycan təbiəti” jurnalı, “Mədəniyyət” qəzeti  o illərdə  çətin də olsa nəşr olnurdu. Dahi Məmməd Araz və Şahmar Əkbərzadə ilə o illərdə tez-tez görüşər və hər zaman onlardan nə isə “oğurlamaq”  istəyirdim.

Beləcə ünsiyyət yaranmışdı. Və bir gün Zakir həkimə verdiyim sözə əməl etmək üçün jurnalın məsul katubi Polad Qasımov vasitəsiylə şairlə gorüşmək arzusunda olduğumuzu bildirdim.

Səhəri günü doktorla görüşə gəldik. Şairin vaxtını çox almadıq. Özünün seçdiyi ona yaxın şeriri dahiyə təqdim etdik. Şair bir həftədən sonra gəlməyimizi dedi.

Bir həftə keçməmiş Polad müəllim  şairin rəy yazdığını və gəlməyimizi mənə söylədi. Gəldik. Məmməd  Araz maraqlı qiymət vermişdi:

”Zakir Ağdamlı həkimdir. İndiki mürəkkəb dövrdə necə qayğı yükü daşımağın çətinliyi bir yana, faicələrlə baş başa yaşamaq nə qədər  çətindir ona...

 Həkim sənəti insana “poeziya” sənəti  qədər yaxındır. Həkimdə insan qəlbinə “boylanır”, şairdə.

Odur ki, Zakir Ağdamlının poetik avazı xoşuma gəlir.”

Bu fikirlərdə şair qısa şəkildə Zakir  Ağdamlının yaradıcılığına qiymət vermişdi

Xoş təsadüfdən həmin vaxt Şahmar Əkbərzadə ilə də görüşəsi olduq. Doktordan qardaşı Həmzə  müəllimi soruşdu. Əlavə edim ki, Həmzə Əliyev Ağdam rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb, tanınan və seçilənlərimizdəndir.

-         Xeyr ola, ay doktor?

-         Yazıları makinada yazdırıram.

-         Nə yazı?

-         Şeirlərimi,- deyə həkim bir qədər çəkinə-çəkinə dedi

-         Ver   bir baxım...

Şahmar müəllim həkimin iki şeirini oxudu və...

-         Sən hazır şairsənmiş, ay doktor. Şeirləri ver qəzetdə verim, - dedi

Beləcə həmin gün doktorun yaradıcılığına sanki yaşıl işıq yandırıldı.

***

Şairlə söhbətə  maraqlı məqamla başladıq. Həyatının ən gərgin məqamı isə məhz Qarabağla bağlı oduğunu deyir. Təynatını Dağlıq Qarabağda olan, Ağdərə rayonun Çaylı kənd xəstəxanasına  verirlər. İlk əmrdəcə onu xəstəxananın   baş həkimi təyin edirlər.

Çaylı kəndinə yol Tərtərdən şəhərindən  keçir. Çox mənzərəli, gözəl təbiəti və  bulaqları var. İki ilə yaxın müddət də erməni əhalisinin içərisində yaşayır və xidmət göstərir.

Zakir həkim danışır ki, “erməni əhalisinin bir çoxlarının Azərbaycanlılara kəskin nifrət hissini hələ o vaxtlar hiss etmişdim”:

-         Düşünürdüm ki, kirayədə qaldığım mənzilə hər an hücum ola bilər. Lakin nədənsə arxayın idim. Bir gün kənd sakinlərindən ikisi kirayə qaldığım evin sahibinə ermənicə nə isə demişdilər. Məndə o biri otaqdan  danışıqlarını eşitsəmdə başa düşmədim. Sonradan “xozeindən”soruşanda dedi ki, sənə işlişmək istəyirdilər, “mən də dedim  bu ağdamlıdır, səhv salmayın”. Ondan sonra bir adam həndəvərimə belə gəlmədi.

Çox gərginliklə təyinat müddətini başa vurub doğma Ağdam rayon mərkəzi xəstəxanasına işə keçdim.

Düzdür, Dağlıq Qarabağda yerli əhaliyə göstərdiyim qayğı  nəticəsində məni buraxmaq isətəmirdi. Ancaq bu ilk baxışda belə idi. O illərdə Ermənistandan olan gəlmələr hiss edirdin ki, yerli sakinlərin  beynlərini doldurur və düşmənçilik toxumunu səpir, girəvə güdürdülər..

***  

Bakıda oturub Ağdam haqqında danışırıq. Yaradıcılığının əsas istiqamətlərindən biri də Qarabağ mövzusunun olduğunu deyir. Şair bu məqamda bədahatən söyləyir:

Arxalı köpəklər ucalı gördüm

Bozqurdu təkləyib bac alı gordüm

Erməni faşizmi taundan da pis

Xatından betər  Xocalı gördüm

***

Əsrlərlə nələr çəkdik sarıdan

Sarı bülbül, sarı yaxan, sarı dan

Fələk bizə elə yara vurdu ki,

Tapılmayır bu yaranı sarıdan...

Sonra  Ağdama həsr etdiyi şeir deyir:

Yuxum qaçıb, dan gözümdə sökülüb,
Süfrəmizin bərəkəti çəkilib.
Nitqim batıb, çinar qəddim bükülüb,
Qovuşaq, ruhumu təzələ, Ağdam!

Zakir də arifdir, düşünər dərin,
Dərdindən dəlidir, yoxdur xəbərin.
Nahaq öldürüldü sərkərdələrin,
Bağların büründü xəzələ, Ağdam!...

***

Söhbətimiz xeyli çəkdi. Hər sözümüzün əvvəli Ağdamdan başlayır və onunla da bitirdi. Qəhrəmanlarımız isə gah Ağdamın havası, gah da insanları olurdu. Beləcə söhbəti başa vurduq.

Əsas qırılmayan ümidimiz idi.

İyimi beş il keçməsinə baxmayaraq hər an işğal altında olan rayonlara, o cümlədən Ağdamımıza qayıdacağımıza  inanırıq.

  

 

 

ŞƏRHLƏR