"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İnsan alverinə qarşı mübarizə üzrə iki video çarx hazırlanmışdır

--2022-05-04 / 08:34

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alverinə qarşı mübarizə üzrə ictimai müzakirələrin təşkil edilməsinə dair video çarxların hazırlanması” layihəsi çərçivəsində iki video çarxın hazırlanmasını başa çatdırıb. Video çarxların hazırlanmasında DİN-in İnsan Alverinə Qarşı Baş Mübarizə idarəsi tərəfindən təşkilati dəstək göstərilib.

Birliyin sədri Anar Xəlilovun verdiyi açıqlamasında bildirib ki, Layihə çərçivəsində insan alverinə qarşı mübarizə üzrə müxtəlif problemlər və təhlükələr barəsində cəmiyyətin maariflənməsi istiqamətində üç video çarx hazırlanıb. Bu video çarxlarda cinayətkar qrupların tələsinə düşməmək üçün vətəndaşları sayıqlığı itirməməyə çağrılıb. Maarifləndirici məlumatlar və mübarizə metodları da video çarxlarda öz əksini tapıb.

Video çarxların əsasən sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi

ŞƏRHLƏR