"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İmişli regional ədliyyə idarəsi tədris kursu təşkil edilib

--2019-10-14 / 15:02

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi, Ədliyyə Akademiyası və İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə məqsədilə 11.10.2019-cu il tarixdə İmişli regional ədliyyə idarəsində tədris kursu təşkil edilmişdir.

Tədbirdə İmişli regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına daxil olan 5 rayondan 78 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə qısa məlumat verib.

Daha sonra Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekpertizası kafedrasının baş müəllimi Mətanət Əsgərova “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı”, “ Bələdiyyə mülkiyyətinə dair Avropa şurasının sənədləri” və ”Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzuları, Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi Səyyad Məcidov isə “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsi” və “Bələdiyyələrdə arxiv işinin təşkili” mövzuları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov tədbirə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.

İmişli regional ədliyyə idarəsi

ŞƏRHLƏR