"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İmişli regional ədliyyə idarəsi Biləsuvar bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirib

--2019-10-20 / 14:21

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Biləsuvar şəhərində Biləsuvar rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Ruslan İsmayılov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra Ruslan İsmayılov “Yerli özünüidarəetmədə etik davranış”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, ”Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının mühafizəsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsində qanunçuluğun təmin edilməsi” və “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  İmişli regional ədliyyə idarəsi

 

ŞƏRHLƏR