"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İmişli regional ədliyyə idarəsi Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib

--2022-04-21 / 15:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların,  xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi ilə razılaşdırılmış qrafik üzrə  İmişli regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov aprel ayının 20-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda iştirak edən vətəndaşlar diqqətlə dinlənilib və ünvanlan müraciətlərə baxılaraq qaldırılan bir məsələnin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digər müraciətlər üzrə isə qəbulda iştirak edən regional idarənin və yerli ədliyyə qurumunun məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

Yerlərdə qəbulların keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.

İmişli regional ədliyyə idarəsi 

ŞƏRHLƏR